Ermənilərin növbəti yalanı bütün dünyanı güldürdü – Video

0
639


Ermənilərin yalanları artıq sərhəd tanımır. Hər zaman Azərbaycanın musiqi alətlərini, mahnılarını, müxtəlif əsərlərini, hətta milli yeməklərini oğurlayaraq öz adları ilə tanıtmağa çalışan bədnam qonşularımız bu dəfə daha da irəli gedərək dünyaya meydan oxuyublar.

Xəzər TV-nin məlumatına görə, bu dəfə onlar İohann Sebastyan Baxın erməni olduğunu iddia ediblər.

Rusiyanın “Sputnik” internet kanalında yayımlan görüntüdə Maruk Anutunyan adlı musiqi alətləri düzəldən usta emalatxanasının boyundan böyük bir ismarıcı dünyaya yollayır. Erməni musiqiçi alman klassik musiqisinin banilərindən olan İohan Sebastyan Baxın erməni olduğunu arsız şəkildə iddia edərək, özünü gülünc vəziyyətə salır.

Akademik Opera və Balet Teatrının dirijoru, əməkdar artist Əyyub Quliyevin sözlərinə görə, ermənilərin bu iddiasi İohan Sebastyan Bax yaradıcılığına təhqirdir.

Milli mədəniyyətimizə göz dikən, müxtəlif əsərlərimizi öz adına çıxarmaq üçün tarixi saxtalaşdıran, əfsanələr uyduran, işi-peşəsi yalan yaymaqdan başqa bir şey olmayan ermənilərin belə addımları bizə çoxdan bəllidir. Erməni musiqiçinin əsassız açıqlaması isə bir daha onların tamahkar sımasını dünyaya göstərdi.

Sonda məsələnin bir başqa tərəfinə də toxunmaq yerinə düşər. Ermənistanın ucuz ideyalarını yayan kütləvi informasiya vasitələri ən azından Vikipediyaya daxil olaraq informasiyaları incələməli və bu tip məlumatlarla peşəkarlıq adına kölgə salmamalıdırlar.

BIR CAVAB BURAXIN