Ermənilər yunanları döyüb, tarixi mağaranı ələ keçirdilər – Video

0
550

Erməni keşişlər dava-dalaşla Viflelemdə yerləşən tarixi abidələri ələ keçirməyə cəhd gostərir.

Axar.az-ın Ermənistan mediasına istinadən verdiyi məlumata əsasən, Fələstində fəaliyyət göstərən Erməni Apostol Kilsəsi bütün razılaşmalar və müqavilələri açıq-aşkar pozaraq, tarixi abidə sayılan və Yunan Pravoslav Kilsəsinin nəzdində olan Milad mağarasını zəbt etməyə calışıb.

Belə ki, mağaraya şam yandırmaq adı ilə daxil olan bir qrup erməni keşış oranı tərk etməkdən imtina edib. Yunan keşişlər onlardan mağaranı tərk etmələrini xahiş edəndə, ermənilər bu yerin onların ata-babalarına aid olduğunu dilə gətiriblər. Keşişlər arasında konflikt yaranıb.

Erməni keşişlər yunanları döyüb mağaradan kənarlaşdırmağa nail olublar. Yunan Pravoslav Kilsəsi insidentlə bağlı artıq polisə şikayət edib, mağaranın erməni kilsəsi tərəfindən zəbt olunduğunu bildiriblər.

Hazırda faktla bağlı istintaq gedir.

Arazinfo.com