Ermənilər nə qədər itki verib?

0
628

Ermənistanın Müdafiə Nazirliyi Dağlıq Qarabağ ərazisində  Azərbaycan tərəfindən tətbiq edilmiş AOP-17 tipli qumbaraatan olduğu ehtimal edilən mərmi ilə zədələnmiş hərbi maşının şəkillərini yayıb.
Nazirliyin mətbuat xidməti Ermənistan ordusunun canlı qüvvə baxımından itki vermədiyini açıqlasa da, Ermənistan sosial şəbəkələrində yayılan xəbərə görə, partlayışdan sonra hadisə yerinə tibbi vertalyot gəlib və yaralılar Cəbrayıl hərbi hospitalına aparılıb.
Belə ki, hazırda hospitalda müalicə olunan qondarma Dağlıq Qarabağ ordusunun əsgəri Araik Sarumyan dünən gecə saatlarında hərbi maşında ağır yaralanan hərbi qulluqçuların hospitala gətirildiyini və onların müalicəsi üçün Ermənistandan kömək istənildiyini bildirib.
Qeyd edək ki, ötən gün Dağlıq Qarabağın cənub istiqamətində yerləşən hərbi hissələrin birində erməni hərbi qulluqçusu 1996-cı il təvəllüdlü Hayq Levon Hambarcumyan atışma zamanı güllə yarası alıb. Digər itkilər barədə məlumat verilmir. Lakin Ermənistanın “yerkir.am” saytının yaydığı xəbərə görə, yaralılara tibbi yardım göstərmək üçün səhər saatlarında bir qrup həkim Xankəndindki hərbi hospitaldan Cəbrayıl hərbi hospitalına ezam olunub.

Axar.az

BIR CAVAB BURAXIN