Bu günlərdə Moskvada rusiyalı tarixçi alim Oleq Kuznetsovun “XX yüzillikdə transmilli ermәni terrorunun tarixi” kitabının təqdimat mərasimi keçirilib. Paytaxtın Jurnalistlər Evində keçirilən təqdimat mərasimində Rusiya ictimaiyyətinin, Azərbaycan diasporunun nümayəndələri, yerli və xarici medianın təmsilçiləri iştirak ediblər.
virtualaz.org xəbər verir ki, erməni lobbisinin təzyiqləri qarşısında çox böyük çətinliklə işıq üzü görmüş kitabın nəşr edilməsində Rusiyada fəaliyyət göstərən bəzi soydaşlamızın xüsusi əməyi olub. Bu işdə ən böyük əziyyəti isə Rusiya FMMM Ağsaqallar Şurasının və Rusiya jurnalistlər İttifaqının üzvü Vidadi Abbasov çəkib. O, kitabın hansı çətinliklərlə çap olunmasından danışıb:
– Bu günlərdə Moskvada erməni mifi haqqında çoxlu sayda araşdırmaların müəllifi olan tarixçi alim Oleq Kuznetsovun “XX əsrdə transmilli ermәni terrorunun tarixi” kitabı nəşr olundu. Bildiyimizə görə, bu kitabın ərsəyə gəlməsində sizin də böyük rolunuz olub, təşəbbüskarlardan birisiniz. Mümkünsə bunlar barədə danışardınız…
– Əslində bu kitab bir il yarımdır nəşrə hazırmış. 2015-ci il ərzində müəllif Oleq Kuznetsovun kitabı Rusiyada nəşr etdirmək üçün biznesmenlərdən tutmuş Azərbaycan səfirliyinə qədər bir çoxlarına müraciət etdiyi və heç kimdən dəstək ala bilmədiyi bu ilin yanvarında ortaya çıxdı. Sözun doğrusu mənim bu vəziyyətdən xəbərım belə, yox idi. Oleq Kuznetsovun problemi mətbuatda yazmaması və mənim də Nijni Novqorodda yaşamam səbəbindən bilməmişəm. Yalnız bu ilin yanvarında Kuznetsov mənə zəng etdi və vəziyyəti danışaraq, kömək istədi. Doğrusu çox utandım. “Oleq Yuryeviç, rahat olun, sizin kitabınız mütləq çıxacaq” – dedım, O gündən də işə başladıq.
– Eyni zamanda o barədə də məlumatlıyıq ki, bu monoqrafiyanın işıq üzü görməsində ciddi çətinliklər olub. Müəllif özü də bu barədə deyib. Söhbət hansı çətinliklərdən gedirdi və onlar necə aradan qaldırıldı?
– Kitabı A4 formatında çox keyfiyyətli şəkildə nəşr etdirmək lazım idi. Bu isə xeyli vəsait tələb edirdi. Ona görə ilk olaraq maliyyə məsələsini həll etmək lazım gəlirdi. Bunun üçün həmyerlimiz, keçmiş senator Fərhad Əhmədova müraciət etdim. Sağ olsun. O da köməyə hazır olduğunu bildirdi. Bundan sonra işin düzəldiyini zənn etdim və kitabı Nijni Novqorod mətbəəsinə sifariş verdim. Bir həftə çəkən texniki hazırlıqdan sonra çap prosesi başlayan günün gecəsi birisi mənə zəng edib evimin önünə çıxmamı tələb etdi. Çıxdım. Söhbət ultimativ və qısa oldu. Mətbəədəki materiallara da artıq əl qoyulmuşdu.
– Nə dedilər sizə?
– Qısa desəm, “Rusiyada erməni terrorizmindən kitab nəşr etdirmək olmaz, başına bəla açma” –dedilər.
– Xəbərdarlıqdan sonra Siz cəkildinizmi bu isdən?
– Bir ay fasilə verdik və fevralda yenidən başladıq. Amma bu dəfə başqa vilayətdə. Yenə eyni şey təkrarlandı. Belə olduqda kitabı may ayında Belorusun paytaxtı Minskə gedib orada nəşr etdirməyi qərara aldıq. Hər halda erməni lobbisinin oraya əli çatmaz deyə, düsünmüşdük. Mənım orada olmamı özümdən başqa heç kim bilmirdi, hətta ailəm belə… Amma orada da eyni hadisə təkrarlandı. Ancaq bu dəfə eyni vaxtda Rusiyada başqa bir mətbəədə də paralel olaraq iş gedirdı. Diqqətləri Minskdə olan “dostlarımız” buranı nəzərdən qaçırdılar. Və nəticədə kitab çıxdı. Mətbəədən alınması və daşınması isə bir ayrı detektiv hekayəsidir.
– Çıxmağına bu cür əziyyət çəkdiyiniz “XX əsrdə transmilli ermәni terrorunun tarixi” kitabı hansı gerçəklikləri ortaya qoyub?
– Dunyaya gəlib-getmiş terror örğütlərinin ən təşkilatlanmış və geniş coğrafiyada fəaliyyət ğöstərən erməni terrorizmi tədqiqatçılar tərəfindən fundamental şəkildə öyrənilməmişdir. Daha doğrusu, hər ölkədə kök atmış erməni lobbisi buna imkan verməmişdir. Rus tarixçisi Oleq Kuznetsov bu işi basarmış ilk alimdir. Monoqrafiya dünya arxivlərinin materiallarına əsaslanmış, transmilli erməni terrorizminin siyasi, sosial, hüquqi və beynəlxalq aspektlərini ortaya qoyan təkzib olunmaz bir tarixi elmi tədqiqat əsəridır.
– Sözsüz ki, erməni terroru haqqında belə bir kitabın Rusiya paytaxtında çap olunması böyük hadisədir. Rusiya ictimai-siyasi, elmi dairərləri bu kitabın işıq üzü görməsini necə qarşıladılar?
– Onu deyə bilərəm ki, bu kitaba maraq böyükdür. Müəllifə və mənə müraciət edən, “kitabı necə əldə etmək olar?” deyə soruşanlar olduqca çoxdur. Amma aparıcı mətbuat orqanlarının çoxusu ya qorxudan, ya da erməni lobbisinin təsirindən bu haqda yazmağa çəkinir. Bu da təəccüblü bır hadisə deyil.
– “XX əsrdə transmilli ermәni terrorunun tarixi” kitabına erməni diasporu da bir reaksiya göstərdimi? Əgər hələ belə bir reaksiya yoxdursa, bu istiqamtdə nə gözləyirsiniz?
– Rəsmi bir reaksiya yoxdur və olmasını da gözləmirəm. Onlar başa düsürlər ki, mətbuatda rəsmi reaksiya versələr, bizim təbliğatımıza dəstək vermiş olarlar. Oleq Kuznetsova və özümə qarşı isə onlardan hər cür xain addım gözləmək mümkündür.
Qeyri-rəsmi təqyiqlərdən isə kitabı necə əziyyətlə çıxarmağımızdan danışarkən bəhs etdim…
– Kitabın informasiya bazarında hərəkəti, yəni onun yayılması, müxtəlif auditoriyalarda oxunması üçün hansı işlər görülür?
– Hələ hazırlıq işləri gedir. Kitabın çıxması işin yarısıdır. Əsas iş onun lazımi ünvanlara çatmasıdır ki, buna da bütün diaspor təşkilatlarımızın köməyi olmazsa, bizim ücün çox çətin olacaq.
– Belə bir qiymətli nəşrin rusiyalı jurnalistlər, alimlər, tələbələr, hüquq-mühafizə orqanlarının əməkdaşları üçün təqdimatını keçirmək olarmı? Yəni belə təşəbbüslər gözlənilirmi? Bu da maliyyə imkanları tələb edirmi?
–Əvvəla onu deyim kı, pulsuz bu işlər olmaz. Ona görə də iş adamı və xeyriyyəçi Fərhad Əhmədov başda olmaqla, bu kitabın nəşr olunmasına imkanı daxilində yardım etmiş bütün azərbaycanlılara sonsuz təşəkkürümü bildirirəm.
Bundan sonrasına gəlincə, azərbaycanlıların Rusiyada kağız üzərində 2 federal və 300-ə yaxın regional təşkilatı var. Hərəsi bir təqdimat keçirsə, 100 illik yalan üzərində qurulmuş erməni təbliğatını darmadağın etmiş olarıq. Buyursunlar…
Virtualaz.org