Ermənilər cəbhəyə yerləşdirmək üçün kamera düzəltdilər

0
773

Ermənistan şirkəti sərhədlərdə gecə və gündüz daim müşahidə apara bilən cihaz hazırlayıb. ANS PRESS-in məlumatına görə, qurğunu hazırlayan şirkətin direktoru Araam Ediqaryan bu barədə məlumat verib. Onun sözlərinə görə, cihaz müdafiə standartlarına uyğun işlənib.

Kamera-teplovizor əsasən sutkanın qaranlıq vaxtında iş üçün nəzərdə tutulub. Bununla yanaşı cihaz həm də səs yazılarını qeydə alır.

Araam Ediqaryan deyir ki, artıq bu cihaz Ermənistanın Müdafiə Nazirliyinin diqqətini çəkib.

Erməni şirkətin hazırladığı cihaz

Erməni şirkətin hazırladığı cihaz

Ermənistan tərəfi bir neçə dəfə cəbhə xəttinə xüsusi müşahidə cihazlarının yerləşdirilməsi ilə bağlı təklif irəli sürüb. İddiaya görə, cəbhə xəttinə yerləşdirilən cihazlar atəşin istiqamətini təyin etməlidir. Bu məsələ Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın Fransa səfəri zamanı da müzakirə edib.

XİN İrəvanın Qarabağla bağlı yeni iddiasına cavab verdi

Erməni mətbuatı iddia edir ki, Fransa Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində atəşkəsin pozulmasının qeydə alınması üçün mexanizm yerləşdirilməsi ilə bağlı təkliflə çıxış edib. Fransa cəbhə xəttində cihazların yerləşdirilməsini öz üzərinə götürməyə söz verib.

Bütün bunlara baxmayaraq, yəqin ki, Ermənistanın Müdafiə Nazirliyi şirkətin hazırladığı cihazı münaqişə bölgəsinə yerləşdirməyi müzakirə etməklə sülh prosesini yenə də uzatmağa çalışır. Çünki Azərbaycan tərəfi dəfələrlə bu təklifi rədd edib.

Gələn ay Qarabağın yekun həlli üçün danışıqlara başlanacaq

Xarici İşlər Nazirliyi verdiyi açıqlamalarda bildirib ki, insidentlərin araşdırılması mexanizmi Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması prosesinin tərkib elementlərindən biri kimi baxıla bilər. Əks təqdirdə, bu mexanizm işğal faktına əsaslanan mövcud status-kvonun saxlanmasına xidmət edə bilər.

Apreldə baş verən döyüşlərdən sonra may ayının 16-da Vyanada Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş olub. Görüşdə münaqişənin hərtərəfli nizamlanmasına dair dialoqun bərpası üçün danışıqların növbəti raundu barədə razılığa gəliblər.

İyun ayında Azərbaycan və Ermənistan prezidentləri növbəti danışıqların yerini və vaxtını təyin edəcəklər.

BIR CAVAB BURAXIN