Erməni kəşfiyyatçı Azərbaycan təyyarələrini vuracağı ilə hədələyir

0
623

Ermənistan ordusunun xüsusi təyinatlı kəşfiyyatçılar diviziyasının qurucusu və komandiri Vova Vardanov bu gün Azərbaycan HHQ yeni təyarələrinin Azərbaycana gətirilməsinə qədər məhv edilməsinin zəruriliyini bildirib.

Virtualaz.org-un xüsusi müxbiri xəbər verir ki, bunla bağlı V.Vardanov deyib:

“Azərbaycanın hərbi helikopter və təyarə almaq niyyətinə gəlincə. Bizim Hava hücumundan müdafiə qüvvələrimiz regionda yaxşı fəaliyyət göstərirlər və həyəcanlanmaq üçün xüsusi səbəb yoxdur, lakin bizim hava məkanımızın artıq Rusiya qüvvələri tərəfindən qorunduğunu bilərək rahat yata bilməzsən. Rusiya heç zaman Qarabağı qorumayacaq. Biz onların bazasında yerləşdirilmiş S-400-lərə ümid edə bilmərik, əlimizdə olan S-300-lərdən istifadə etməliyik. Heç kimə ümid etmək olmaz. Edə biləcəyimiz ən az şey təyyarələri onlar Azərbaycana çatana qədər məhv etməkdir”.

BIR CAVAB BURAXIN