Erməni general KTMT rəhbəri vəzifəsindən azad edilib

0
546

MDB Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatınn (KTMT) rəhbəri general Yuri Xaçaturov tutduğu vəzifəsindən azad edilib.

Arazinfo.com-un TASS-a istinadən verdiyi məlumata görə, bu barəfə KTMT mətbuat Xidmətinin yaydığı məlumatda deyilir. Yuri Xaçaturovun vəzifəsindən azad edilməsinə səbəb kimi isə Ermənistanın onu geri çağırması tələbi göstərilir. Paşinyan Ermənistanda hakimiyyətə gəldikdən sonra Yuri Xaçaturovu 2008-ci il prezident seçkiləri zamanı etiraz aksiyası keçirən xalqın atəşə tutulmasında iştirak etməkdə günahlandırır. Yuri Xaçaturovun vəzifəsinin icrası isə  KTMT Baş katibinin köməkçisi Valeri Semerikova tapşırılıb.

 

 

BIR CAVAB BURAXIN