İngiltərənin “Uitçörç Alport” klubunun 23 yaşlı futbolçusu Ovik Nersesyan Ermənistan rəhbərliyinin ona hərbi xidmətdən möhlət hüququ verməməsindən narazı qalıb. BBC telekanalı bununla bağlı məlumat dərc edib.
Ordu.az xəbər verir ki, Ovik Nersesyan regional “Shropshire star” nəşrinə müsahibəsində Ermənistan ordusunda xidmət keçməklə öz həyatını təhlükə altına atmaq istəmədiyini bildirib. Bu səbəbdən o, İngiltərədən siyasi sığınacaq almaq niyyətindədir.
Nersesyanın müraciətinə fevralın 19-da məhkəmədə baxılacaq.
UEFA-nın məlumatına görə, əslən İrəvandan olan Ovik Nersisyan 2013-cü ildə “Pyunik” FK-da müdafiəçi mövqeyində oynayıb və 26 nömrəli forma altında çıxış edib. Nersesyan, həmçinin Ermənistanın gənclərdən ibarət yığmasının üzvü olub. 2015-2016-cı illərdə o, gənclər arasında Avropa Çempionatında iştirak edib.