Erməni casusu britaniyalı Baronessa Koks Dağlıq Qarabağa gedib

0
656

Ermənilər tərəfindən pulla ələ alındğı və Ermənistan kəşfiyyatının casusu olduğu ehtimal edilən Baronessa Kerolayn Koks Dağlıq Qarabağa gedib

Britaniya parlamenti lordlar palatasının üzvü Baronessa Koks (Baroness Caroline Cox) və onun rəhbərlik etdiyi nümayəndə heyəti səfər zamanı təmas xəttinin şərqindəki hərbi mövqelərə baş çəkiblər.

Separatçı Dağlıq Qarabağ rejiminin məlumatına görə, onlar atəşkəsin pozulması halları ilə maraqlanıb, cəbhə xəttidəki vəziyyət və hərbçilərin sosial-yaşayış şəraiti ilə tanış olublar.

Qeyd edək ki, Baronessa Koks bundan əvvəl də dəfələrlə Dağlıq Qarabağda olub.

Azərbaycan hakimiyyəti buna görə onu “qara siyayı”ya salıb.

BIR CAVAB BURAXIN