Erkən nikahlar daha çox Aran rayonlarında baş verir

0
587

“Əvvəllər Azərbaycanda erkən nikah halları daha çox cənub bölgəsində baş verirdi, amma indi artıq Mərkəzi Aran rayonlarında da belə faktlar üstünlük təşkil edir”.

Arazinfo.com-un məlumatına görə xəbər verir ki, bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə bildirib. Onun sözlərinə görə, cənub bölgəsində erkən nikahla bağlı əhalinin maarifləndirlməsi üçün daha çox iş aparılması səbəbindən burada belə hallar azalıb. Hazırda belə tədbirlərin Mərkəzi Aran rayonlarında da aparıldığını xatırladan R.Süleymanzadə deyib ki, 2016-cı ildə erkən nikahla bağlı 440 fakt qeydə alınıb: “Bu, yalnız aşkara çıxarılan faktlardır. Təbii ki, məsuliyyətdən yayınanlar da ola bilər. Əvvəllər belə faktların sayı daha çox idi. Lakin qanunvericliyə dəyişiklik edildikdən sonra erkən nikah halları minimuma enib. Bunun da qarşısını almaq üçün daim maarifləndirmə işləri aparılır”.

R.Süleymanzadə qeyd edib ki, 2016-cı ildə qızı erkən nikaha daxil olmağa məcbur etdiyinə görə 40 nəfər məsuliyyətə cəlb edilib. Azərbaycanda erkən nikah hallarının ildən-ilə azaldığını deyən R.Süleymanzadə qeyd edib ki, erkən nikaha daxil olanlar arasında daha azyaşlı uşaqların olub-olmaması barədə məlumatları yalınız mətbuatdan əldə edirlər. Onun sözlərinə görə, daha çox rast gəldikləri faktlar 16-17 yaşlı qız uşaqlarının nikaha daxl olmağa məcbur edilməsidir.

 

BIR CAVAB BURAXIN