“Azərbaycan-Ermənistan Sülh Platformasının yaradılmasının birinci günündən, Vahan Martirosyanla tanış olandan sonra mənə aydın oldu ki, o, pula görə işləyir. O, çoxlarını şantaj edir, bizim işimizə pəl vurmağa çalışır və Platformanın üzvləri arasında intriqa yaradırdı. O məndən daim pul xahiş edirdi. Görünür, güman edirdi ki, Azərbaycanda sülhməramlılıqda iştirak üçün mənə nəsə ödəyiblər”.
Bunu virtualaz.org-a açıqlamasında Platformanın aktiv iştirakçılarından biri, bu yaxınlarda Bakıda olmuş Erik Xaçaturov deyib.
“Platformamızın başqa üzvləri ilə danışıqlardan anladım ki, Vahan Martirosyan başqa insanlarla münasibətdə də elə hərəkət edib. O yalnız Azərbaycan xalqına yox, həm də Ermənistan xalqına, hansı ki, sülh içində yaşamağa ehtiyac duyur, ziyan vurub. Biz qonşuyuq, əvvəl də qonşu olmuşuq, bundan sonra da qonşu olacağıq və sülh prosesinin reallaşdırması nə qədər sürətlə və daha müvəffəqiyyətlə gedəcəksə, bizim torpaqlarımızda sülh və sabitlik də bir o qədər tez bərqərar olacaq. Əgər bizim Platformamızın hədəfləri Vahanın maraqlarına cavab vermirsə, qoy o öz yolu ilə getsin”.