Müğənni Mustafa Sandalın boşanmaq ərəfəsində olan serbiyalı xanımı Emina Sandal səssizliyini pozub.
Bir müddət əvvəl ayrılmaq qərarı alsa da, bu barədə danışmaq istəməyən Emina bu gün İnstaqram hesabında ərinə ismarıc göndərib:
“Yaxşı kişi qadını heç vaxt incitməz. Bir qadını ağlatdıqda çox diqqətli ol. Çünki Allah onun göz yaşlarını sayar. Qadın kişinin ayaqlarından yaradılmadı. Elə olsaydı, əzilərdi. Üstün olsun deyə, başından da yaradılmadı. Amma qadın kişinin qabırğasından yaradılıb. Ona hər an sahib çıxsın deyə. Qolun bir az altında , qorunsun deyə, ürəyin yanında, sevilsin deyə…”.
Qeyd edək ki, 9 il evli olan cütlüyün boşanma səbəbi kimi əvvəlcə Eminanın vətəni Serbiyaya dönüb orada müğənnilik etmək və bədxərc olması göstərilirdi. Daha sonra ayrılığa Mustafanın anasının səbəb olduğu barədə xəbərlər yayılmışdı.
Xatırladaq ki, 2008-ci ildən evli olan Sandal ailəsinin iki övladı var.Axşam.az