EMİN LEYLA ƏLİYEVA İLƏ BOŞANMASININ SƏBƏBİNİ AÇIQLADI

0
642

11

Məşhur müğənni, biznesmen Emin Ağalarov şəxsi həyatı ilə bağlı danışıb.Baku.ws xəbər verir ki, E.Ağalarov övladları, eyni zamanda Heydər Əliyev Fondunun vitse prezidenti, “Baku” jurnalının baş redaktoru Leyla Əliyeva ilə boşanmasının səbəbləri barədə bir sıra açıqlamalar verib.
Emin və Leyla evliliklərinin son illərində faktiki olaraq ayrı-ayrı şəhərlərdə yaşayırdılar. Boşandıqdan sonra övladları Əli, Mikayıl və Əminə Eminlə mütəmadi olaraq bir yerdə olurlar.

“Onlar tamamilə özlərini fərqli şəkildə aparırlar. Məsələn, əgər onlara pul verib mağazaya göndərsəm, Əli həmin dəqiqə, fikirləşmədən pullarının hamısını xərcləyəcək, Mika isə sakitcə pulları sayacaq, hesablayacaq, Onlar bacıları Əminəni çox sevirlər”, – Emin deyib.

Emin həmçinin Azərbaycan prezidentinin qızı ilə boşanması barədə danışıb. Müğənninin fikrincə, onlar həyatlarında nəyisə “qaçırıblar”.

“Biz möhkəm ailə yarada bilmədik, əlbəttə bunu böyük səhv adlandırmaq olar. Mənim tez-tez səfərlərim ailənin möhkəmlənməsinə səbəb olmadı”, – deyə Emin Ağalarov deyib.

Eminin sözlərinə görə, boşansalar da onlar övladlarının tərbiyəsi ilə birlikdə məşğul olmağa davam edirlər.
“Bu vacibdir. İkimiz də başa düşürük ki, bizim əsas tapşırığımız odur ki, övladlarımız həyatda özlərini tapsınlar, öyrənsinlər”, – müğənni bildirib.

BIR CAVAB BURAXIN