“Hörmətli mətbuat orqanları və dəyərli jurnalistlər! Mənim qələm sahiblərinə, peşəkar jurnalistlərə hörmətim var. Təqdim etdiyim layihələr, konsert proqramlarımda da onlarla qarşılıqlı əməkdaşlığım olub, olacaq! Amma iradım mətbuat qaydalarından, jurnalist etikasından uzaq olanlaradı! Mən xalq musiqilərini, muğamlarımızı ifa edən, xalqıma xidmət göstərən insanam. Mənim yaradıcılıq işlərimdən yazın”.
Bu sözləri Sherg.az-a əməkdar artist Elnarə Abdullayeva deyib. Onun sözlərinə görə, bir il əvvəl kəndlərinə su çəkdirib və bunu mətbuat işiqlandırıb:
” Var olsunlar! İnanın bunu reklam olsun deyə etməmişəm. Sadecə, Allah yolunda buna gücüm catdı. Amma son günlər bəzi mətbuat orqanlarında şəklimi dövlət məmurları ilə bir yerdə yerləşdirməyə ad tapa bilmirəm . Hansısa rayonun icra başcısı və yaxud vəzifəli şəxsi deyiləm ki, sosial problemlərdə adım hallansın. Bakıda su yoxdusa, yada hardasa su ilə bağlı problem varsa, Hacıbala Abutalıbovla mənim şəklimi niyə bir arada dərc edirsiniz?
Birmənalı olaraq bütün mətbuat orqanlarına rəsmi şəkildə müraciət edirəm:
Bir daha şəklimi paytaxt meri ilə və ya hər hansı məmurla bir arada təqdim edən, səbəbsiz olaraq adımı məmurlarla hallandıran mətbuat orqanlarına qarşı ölçü götürəcəm. Ciddi müstəvidə bu kimi məslənin həllinə çalışacam . Bir neçe saytda , sosial mediada şəklimi H. Abutalıbovla bir arada təqdim edən media quruluşlarına qarşı ciddi ölçü götürüləcək. Dəyərli mətbuat nümayəndələrindən bir daha bu məsələdə mənə dəstək olmalarını da ayrıca xahiş edirəm.”
Tahirə