Elmar Məmmədyarov Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin VII müşavirəsində iştirak edəcək

0
687

Xarici İşlər naziri Elmar Məmmədyarov dekabrın 4-5-də keçiriləcək Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin VII müşavirəsində iştirak etmək üçün Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb.

Nazirliyin mətbuat xidmətindən Arazinfo.com-a verilən məlumatda bildirilib ki, tədbirdə E.Məmmmədyarovun çıxışı nəzərdə tutulub.

Qeyd edək ki, iclasda Xəzərin hüquqi statusunu müəyyənləşdirəcək Konvensiyanın maddələri müzakirə ediləcək. Nazirlər əsas diqqəti Xəzərdə iqtisadiyyat, nəqliyyat, hərbi dənizçilik, brakonyerliyə qarşı mübarizə, gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi sahələrində əməkdaşlıq və bəzi başqa məsələləri tənzimləyən sənədlər üzərində cəmləşdirəcəklər.

Müşavirədə ən aktual regional və beynəlxalq problemlərə dair fikir mübadiləsi aparılacaq. Əsas vəzifə Qazaxıstanda keçiriləcək V Xəzər sammitinə hazırlıq olacaq.

Qeyd edək ki, Xəzərin hüquqi statusuna dair Konvensiyanın gələn il imzalanması gözlənilir.

BIR CAVAB BURAXIN