ELDARLA ETİBAR ƏLBİR OLUB, 38 MİLYONU MƏNİMSƏDİ… ” – İstintaqa ŞOK İFADƏ

0
1233

eldar mahmudov mtn texnikabank etibar eliyev əliyev azpolitika info

Milli Təhlükəsizlik Nazirliyindəki mütəşəkkil cinayətkar dəstənin üzvlərindən biri olan nazirliyin İstintaq Baş İdarəsinin sabiq şöbə rəisi Vüsal  Ələkbərovun ittiham aktından daha bir epizod gununsesi.info saytı tərəfindən yayılıb. İttiham aktına görə, Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində MTN-nin Baş İstintaq İdarəsinin şöbə rəisi işləmiş Ələkbərov Vüsal Hicran oğlunun Az. Res. CM-nin 182.3.1, 182.3.2, 294.3, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.3-cü maddələri ilə təqsirləndirilir (cinayət işi-162006082).

Təqdim etidyimiz bu dəfəki materialda Vüsal Ələkbərovun  iş adamı Nizami Kazımovdan hədə-qorxu ilə alınan 2 milyon dollardan söhbət gedir.

Beləliklə, zərər çəkmiş şəxs qismində tanınmış Kazımov Nizami Firudin oğlu ərizə və ifadələrində göstərmişdir ki, hazırda quru meyvə yağlarının istehsalı ilə məşğul olmaqla “BİOİL” MMC-nin təsisçisi və sahibidir, cəmiyyəti 8-9 il öncə təsis edib. Özünə məxsus 1.120.000 ABŞ dollarını 16.01.2007-ci il tarixdə “Texnikabank”ın “Bakı“ filialına kürəkəni Əbdülqasımov Samir Tahir oğlu ilə birlikdə sonuncunun adına qoyub. Əmanət müqaviləsi filialın müdiri Zal Yusifov tərəfindən imzalanmış, adını xatırlamadığı qadın mühasib və xəzinədar pulu sayıb götürdükdən sonra mədaxil qəbzini onlara verib. Bundan sonra hər ay 1 faiz olmaqla gəlirləri filialın kassasından Samir götürmüş, 2008-ci ilin iyul ayında dolların məzənnəsi aşağı düşdüyündən filialda olan pulu götürüb müvafiq məzənnə ilə 704.000 avroya çevirmiş və 14.07.2008-ci il tarixdə yenə Samirin adına eyni əmanət müqaviləsi bağlanaraq illik 12 faiz gəlirlə banka qoymuşdu. Bu zaman da mühasib və xəzinədar tərəfindən pul sayılaraq hesaba köçürülməsi üçün qanuni şəkildə qəbz verilmişdi.

Həmin əmanətə görə təxminən iki ay faiz verilmiş, daha sonra isə verilməyib. Bununla əlaqədar müraciət etdiyi Zal Yusifov fazilərin və əmanətin ödəniləcəyini bildirsə də, onlara pul ödənilməyib. Belə olduqda “Texnikabank”ın müşahidə şurasının sədri Etibar Əliyevin yanına getmiş, sonuncu da pulların ödəniləcəyini, şikayət etməməyi deyib. Lakin verdiyi vədə əməl etməyib, əksinə, bankdan pulu tələb etdiyinə görə əsassız həbs edilib, barəsində cinayət təqibinə xitam verilməsinə baxmayaraq bankdan pullar geri ödənilməyib.  Etibar Əliyev ona Zal Yusifov tərəfindən mənimsənilmiş pullara görə bankın məsuliyyət daşımadığını, pulun Zal tərəfindən ödənilməli olduğunu bildirib.

etibar-eliyevv

01.10.2008-ci il tarixdə Qurban bayramı, yəni qeyri-iş günü istifadəsində olan (050-216-86-86) mobil nömrəsinə zəng olunaraq saat 15:00 üçün Milli Təhlükəsizlik Nazirliyinə çağırılmış, bunu bildirən şəxs özünü təqdim etməyib. Saat 15:00-da MTN-nin nəzarət buraxılış məntəqəsinə yaxınlaşaraq özünü təqdim edib çağırıldığını bildirib və gözləyib. Orada olan şəxs ona İstintaq Baş idarəsi tərəfindən çağırıldığını deyib, bir əsgərin müşayəti ilə 6-cı mərtəbədə yerləşən İstintaq idarəsinə aparılıb. Orada liftin yanında gözlədikdən sonra Vüsal Ələkbərov öz xidməti otağında onu qəbul edib, onunla çox aqressiv və kobud danışıb. Onu dindirərək kürəkəni Samirin adına qoyduğu əmanət barədə soruşub. O da cavabında pulu kürəkəni Samirin xərcləməsi üçün qoyduğunu deyib.

Buna baxmayaraq Vüsal Ələkbərovun qərarı əsasında guya “Texnikabank”ın əməkdaşları ilə cinayət əlaqəsinə girib öz kürəkəni Samir Əbdülqasımovun adına qoyduğu pulu mənimsədiyinə görə şübhəli şəxs kimi tutuluub. Dindirməni Vüsal Ələkbərovun işçisi Vüqar adlı müstəntiq aparmış, heç kimi aldatmadığı, hər hansı şikayətçi olmadığı halda 2 gün MTN-nin təcridxanasında saxlanıldıqdan sonra ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə dələduzluq ittihamı elan edilərək barəsində Səbail rayon məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

mtn-milli-tehlukesizlik-nazirliyi-milli-tehlukesizlik-nazirliyi

Həbsdə olduğu müddətdə Vüsal Ələkbərov onu 20 dəfəyə yaxın öz xidməti otağına dəvət edib barəsində cinayət işini xitam etmək üçün 3.000.000 ABŞ dolları tələb edib. İmkanı olmadığını dedikdə isə Vüsal ona rəhbərliyin belə göstəriş verdiyini, pulu verməli olduğunu bildirib, konkret olaraq pulu kimin tələb etməsini isə deməyib. Pulu verə bilmədiyini dedikdə Vüsal Ələkbərov ona 8 ildən 12 ilədək iş kəsilə biləcəyini deməklə hədələyib. İimkanı çatmadığına görə tələb edilən pulu ödəməkdən imtina edib.

Həbs ediləndən 15-20 gün sonra İstintaq Baş idarəsinin rəisi Mövlan Şıxəliyev də onu xidməti otağına çağırıb müdafiəçisi olmadan söhbət apararaq Vüsal tərəfindən deyilən məbləği, yəni 3.000.000 ABŞ dollarını ondan tələb edib. Cinayət məsuliyyətinə cəlb edilib 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası veriləcəyi ilə hədələyib. Yenə imtina etdikdə Vüsal ondan 2.000.000 ABŞ dolları tələb edib məbləğin bundan aşağı ola bilməyəcəyini deYİB.

movlan-sixaliyev

Həbsindən 45 gün keçmiş Mövlan Şıxəliyev onu bir dəfə də qəbul edərək Vüsalın tələb etdiyi 2.000.000 ABŞ dolları məbləğində pulu istəyib, yenə 8-12 ilədək azadlıqdan məhrum etmə ilə hədələməklə bərabər, pulu verməyəcəyi halda başına torba keçirilərək aşağıya “maskalıların” yanına aparılacağı ilə hədələyib. Həmçinin banka qoyduğu pulların adını da çəkməməyi, həmin pulların onlara aidiyyatı olmadığını və qaytarılmayacağını, rəhbərliyin göstərişinin belə olduğunu deyib. Bütün bu hədələrə dözüb pulu ödəməyə razılaşmadıqda Vüsal da ona hədə qorxu gəlməkdə davam edərək başına torba geyindirilərək aşağıda “maskalıların” yanına aparılacağını deyib. Vüsal Ələkbərov: “Gedim rəisə deyim, razılıq versə, sənə deyərəm”- demiş, rəis kimi Mövlan Şıxəliyevi nəzərdə tutduğunu başa düşmüşdür”.

vusal1Tutulduqdan sonra 2008-ci ilin noyabr ayının sonlarında səhhətində ciddi problemlər yaranmağa başlamış, şəkərli diabet xəstəliyi əmələ gəlmiş, bununla əlaqədar özünü yaxşı hiss etmədiyindən, həmçinin Vüsal Ələkbərovun təhdidlərinə artıq dözmədiyi üçün onunla razılaşıb. Lakin pulu dərhal ödəyə bilməyəcəyini deyərək bir hissəsini ödəyib azadlığa buraxılmasını, qalan hissəsini ödəmək üçün müəyyən vaxt verilməsini xahiş edib.

Bundan sonra Vüsal Ələkbərov: “Gedim rəisə deyim, razılıq versə, sənə deyərəm”- demiş, rəis kimi Mövlan Şıxəliyevi nəzərdə tutduğunu başa düşmüşdür. Növbəti gün Vüsal Ələkbərov ona rəisi ilə razılaşdığını, 1.000.000 ABŞ dollarını verəndən sonra barəsində seçilmiş həbsin ev dustaqlığı ilə əvəz ediləcəyini, qalan 1.000.000 ABŞ dollarını isə 4-5 ay müddətinə ödədikdən sonra barəsində cinayət işinə xitam veriləcəyini demişdir.

O da Vüsal Ələkbərovla razılaşmış, vəkili vasitəsi ilə qudası Tahir Əbdülqasımova məktub yazaraq, qohum-əqrəbadan 1.000.000 ABŞ dolları pulu yığıb ona çatdırmalarını xahiş edib. “Vüsal Ələkbərov həmin gün saat 12 radələrində ona Samirdən 1.000.000 ABŞ dollarını aldığını, onu buraxacağını, məhkəmədən ev dustaqlığı qərarını alacağını deyib” Kürəkəni Samir onun 180.000 ABŞ dollarına aldığı “Mercedes Benz S class 500″ markalı, 115.000 ABŞ dollarına aldığı “BMW 745” markalı və təxminən eyni qiymətə aldığı “Lexus 470″ markalı avtomaşınları bazar qiymətindən çox aşağı qiymətə sataraq 250.000 ABŞ dolları düzəltmiş, 325.000 ABŞ dollarını qardaşı Niyazi Kazımov vermiş, qudası Tahir Əbdülqasımov da pulun qalanını əlavə edib ümumilikdə 1.000.000 ABŞ dolları toplamışlar.  03 dekabr 2008-ci ildə saat 12 radələrində kürəkəni Samir, qudası Tahir, sürücü Vüqar və Samirin işçisi Şahin pulu özləri ilə götürüb MTN-nin inzibati binasının yanına gəlmiş, Samir avtomaşından düşüb pulu Vüsala verərək qayıdıb.

dollar1

Vüsal Ələkbərov həmin gün saat 12 radələrində ona Samirdən 1.000.000 ABŞ dollarını aldığını, onu buraxacağını, məhkəmədən ev dustaqlığı qərarını alacağını demiş, həmin gün, yəni 03 dekabr 2008-ci il tarixdə saat 18 radələrində nazirliyin istintaq təcridxanasından buraxılmış, Vüsal ona 04 dekabr 2008-ci il tarixdə saat 12:00-da nazirlikdə olmalı olduğunu bildirmiş, növbəti gün qalan 1.000.000 ABŞ dollarını 4-5 aya tapıb verməli olduğunu deyib. Özünün (050-216-86-86) mobil telefon nömrəsi ilə Mövlam Şıxəliyevin (050-211-05-09)nömrəsi arasında 26, 30 mart 2009-cu il, 02 aprel 2010-cu il, 20 mart 2011-ci il tarixlərdə danışıqlar Mövlam Şıxəliyevə bayram təbriki etməsi, yaxud da sonuncunun anasının və qızının rəhmətə getməsinə görə başağlığı verməsi ilə əlaqədar olmuşdur.

Həbsdən buraxılandan sonra 1-ci dəfə 2009-cu ilin fevral ayında 150.000 ABŞ dolları toplayıb Vüsalın hazırda xatırlamadığı mobil telefonuna öz telefonundan zəng etməklə onun dediyi “Qələbə kinoteatrının kruqu’’ deyilən yerdə, keçmiş “Qələbə” kinoteatrının yanında görüşərək pulu təklikdə verib. Bundan 1 ay sonra dost-tanışdan borc aldığı 280.000 ABŞ dollarını, daha 35 gün sonra 2009-cu ilin aprel ayında 300.000 ABŞ dollarını eyni yerdə zəngləşib görüşərək Vüsala veriB.  2009-cu ilin may ayının sonlarında 200.000 ABŞ dollarını, iyun ayında isə 70.000 ABŞ dollarını MTN-nin əsas giriş qapısının önündəki avtomaşın dayanacağı, hazırda isə park olan yerdə Vüsala təklikdə vermişdir.

Vüsal Ələkbərov “Qələbə” dairəsinin yanında ondan pulu götürəndə yaşadığı evin kinoteatrın yaxınlığında olduğunu deyib. Sonuncu dəfə pulu verəndə isə Vüsal onu öz xidməti otağına dəvət etmiş, çay içib, söhbət edərək aralarında yaranmış narazılığa görə könlünü almaq istəyib. Bütün pulu ödədikdən sonra Vüsal zəng edib barəsində cinayət təqibinə xitam verildiyini, gəlib qərarı götürməsini deYİB, o da gedib həmin qərarı götürüb. Vüsal Ələkbərova ödədiyi pullara görə qohum və dostlarına yaranmış borcunu ödəyə bilməyib. Buna görə “Para Bank”dan 300.000 manat kredit götürmüş, lakin işi alınmadığına görə həmin borclarını tam bağlaya bilməmişdir. Hazırda qudasına 500.000 ABŞ dolları borcu vardır. Öz adına olan “BMW 745” markalı 10-ZZ-866 dövlət qeydiyyat nişanlı, “Lexus LX 470” markalı 10-SS-866 dövlət nömrə nişanlı, “Mercedes S 500’’ markalı 10-TT-866 dövlət nömrə nişanlı avtomaşınlar həbsdə olarkən Samir Nadirli tərəfındən hazırda xatırlamadığı maşın alverçilərinə satılmış, rəsmiləşdirmə isə həbsdən çıxandan sonra edilmişdir.

eldar-main

Əmindir ki, Eldar Mahmudov həmin dövrdə “Texnikabank”ın idarə heyətinin sədri Etibarla əlbir olub onun və digər sahibkarların banka qoyduqları 38.000.000 manat məbləğində əmanətləri mənimsəmiş, bunun ört-basdır edilməsi üçün onların həbsi təşkil edilmişdir. İstintaq zamanı zərər çəkmiş şəxs Kazımov Nizami Firudin oğlu təqsirləndirilən şəxs Ələkbərov Vüsal Hicran oğlu ilə üzləşdirilərkən ifadəsində göstərdiyi xüsusatları onun üzünə qarşı təsdiq etməklə onu törətdiyi cinayət əməllərində ifşa edib.

Zərər çəkmiş şəxs Kazımov Nizami Firudin oğlu həmçinin şahid Şıxəliyev Mövlam Məmmədismayıl oğlu ilə üzləşdirilərkən eyni xüsusatları onun da üzünə qarşı bir daha bildirməklə təsdiq edib. İfadəsi yerində yoxlanılarkən Kazımov Nizami Firudin oğlu 03.12.2008-ci il tarixdə həbsdən azad edildikdən sonra Vüsal Ələkbərova qalan 1.000.000 ABŞ dolları məbləğində pulu hissə-hissə vermiş olduğu yerləri əyani surətdə göstərib. Müəyyən edilmişdir ki, Nizami Kazımov tərəfindən Vüsal Ələkbərova 2009-cu ilin fevral ayında 150.000 ABŞ dollar, mart ayında 280.000 ABŞ dolları, aprel ayında 300.000 ABŞ dolları məbləğində pulu Bakı şəhəri, Həsənbəy Zərdabi küçəsi, 61saylı binanın yaxınlığında “ Qələbə dairəsi” adlanan ərazidə, əvvələr “Qələbə” kinoteatrı olmuş, hazırda isə “Baku Mall” ticarət mərkəzinin böyür tərəfində, Vüsal Ələkbərovun əvvələr yaşadığı və arvadı Ələkbərova Şəhla İsmayıl qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev164, mənzil 42 ünvanının yaxınlığında, 2009-cu ilin may ayının sonlarında 200.000 ABŞ dollar, iyun ayında 70.000 ABŞ dollar isə Səbail rayonu, Parlament prospekti,14 ünvanda ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin inzibati binasının qarşısında yerləşən, əvvəllər avtomaşın dayanacağı olmuş kiçik park sahəsində verilib.

BIR CAVAB BURAXIN