Eldar Mahmudovun qohumuna 13 il həbs cəzası verildi

0
907
 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin keçmiş baş mühasibi Səhrab Hümbətov, həmçinin Emin Məmmədov, “Bakı Rabitə Təmir Tikinti” və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev, “Optik Qurğular” İdarəsinin rəisi Namazəli Məmmədov və “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Prosesə hakim Əfqan Hacıyev sədrlik edib.

Prosesdə hökm oxunub. Hökmə görə, Vidadi Zeynalov və Beytulla Hüseynov hərəsi 13 il müddətinə azadlıqdan məhrum ediliblər. Bundan başqa, Emin Məmmədova 10 il, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayevə 5 il, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayevə 3 il, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov 5 il 7 ay 19 gün müddətinə azadlıqdan məhrum edilib. Sonuncuya şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

İnarə Rafiqqızı

Virtualaz.org

BIR CAVAB BURAXIN