“Eldar Mahmudovu həbs edəcəklər”

0
667

Son günlər ləğv edilmiş MTN-nin sabiq rəhbəri Eldar Mahmudovun tez-tez dindirilməsi onun həbs ediləcəyi gözləntilərini artırır.

Sabiq nazirin Akif Çovdarovla üzləşdirildiyi yayılan xəbərlar arasındadır. Eldar Mahmudovu, ölkədən 1 milyard dollar çıxarılması barəsində də sorğu-sual edildiyi gələn xəbərlər arasındadır.

Eldar Mahmudovun barəsində yayılan xəbərlər və həbsinin gözlənilməsi haqqında keçmiş MTN polkovniki İlham İsmayıl “Ölkə.Az”-a açıqlama verib:

“İşdən çıxarılan şəxslərin işi bacarıb-bacarmamasına, ölkəyə zərər vurub-vurmamasına baxılmır. İttihamlar hamısı ölkədən pul çıxarmaq, pul mənimsəməklə bağlıdır. Rəqəmlər isə milyarddan aşağı deyil. Eldar Mahmudovu da 1 milyard dolları ölkədən çıxardığına görə sorğu-sual edirlər. Eldar Mahmudova deyilmir ki, misal üçün – sən Xankəndindən informasiyanı zamanında almamısan, Dağlıq Qarabağla bağlı hansısa işi görməmisən, əks kəşfiyyatla bağlı lazımı addımları atmamısan. Ortalıqda ancaq pul söhbəti var. İttiham tərəfini də əsas maraqlandıran puldur. Eldar Mahmudovun Akif Çovdarovla üzləşdiyi ehtimal olunur. Çovdarov da demir ki, hansısa əməliyyatı həyata keçirərkən Eldar Mahmudov bizə mane olub. O da ölkədən pul çıxarılması barədə danışır.

Ziya Məmmədova, Fazil Məmmədova, Əli İnsanova, Fərhad Əliyevə bir ittiham yönəlir, “sən bu qədər pul dağıtmısan””.

Əvvəllər Eldar Mahmudovun tutulmayacağı barədə açıqlamalar verdiyini deyən İlahm İsmayıl qeyd edib ki, artıq bu fikirdən daşınıb:

“Hesab edirəm ki, Eldar Mahmudovu ölkədən pul çıxardığına görə həbs edəcəklər”.

BIR CAVAB BURAXIN