Ekspert: “Qaz pulu ilin 2 ayı 10 qəpikdən, ilin 10 ayı isə 20 qəpikdən hesablanacaq”

0
632

 

“Qazın qiymət artımı qış dövründə təsirli olsa da onun yaratdığı xərclər orta azərbaycanlının büdcəsində 3-4 aydan sonra hiss olunacaq”. “Yeniavaz.com” xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu deyib. Q.İbadoğlu qeyd edib ki, Tarif Şurasının məlum qərarı ilə baş verən qiymət artımlarının təsirlərinə dair hesablamalar göstərir ki, qış dövründə evlərini qaz yandırmaqla isidən əhalinin büdcəsinə daha çox təsiri təbii qazın qiymətinin bahalaşması göstərəcək: “Bu xüsusilə də ölkə paytaxtında və ətraf rayonlarda qazla işləyən qızdırcı sistemlərin (kombilərın) sərfiyyat göstəricilərindən asılı olacaq. Hazırda mənzilin sahəsindən asılı olaraq ən çox işlədilən kombilərin gücü 24-lə 40 arasında dəyişir. Texniki parametrlərinə görə, 24-lük kombinin 1 saatlıq qaz sərfiyyatı 2,2 kubdur, belə olan halda 10 saat işləyən kombi gündə 22 kub, ayda isə 660 kub qaz yandırır. Bu isə o deməkdir ki, həmin istehlakçı 2,5 aydan sonra yalnız istilik məqsədilə istifadə etdiyi qaza görə minimal normasını ödəyərək, ilin qalan 9,5 ayında əvvəlkindən 2 dəfə yüksək tariflərlə ödəniş etmək məcburiyyətində qalacaq. Evlərinin isidilməsində 28-lik kombilərdən istifadə edənlər üçün isə bu müddət 2 ay təşkil edəcək və həmin ailələrin də xərcləri ilin 10 ayında bahalı tariflərlə hesablanacaq. 32 və 36-lıq kombilərin istifadəçiləri 1,5 aydan, 40-lıq kombinin isifadəçiləri isə 1 aydan tez minimal normanı, yəni illik 1500 kubmetri qaz istehlak edib, yerdə qalan müddətdə əvvəlki kimi hər 1 kuba görə 10 qəpik deyil, 2 dəfə çox – 20 qəpik ödəyəcəklər. Nərəzə alanda ki, ailə təsərrüfatında təbii qaz yalnız isitmə məqsədilə deyil, həm də digər məqsədlər üçün istifadə edir, onda yuxarıda qeyd olunan müddətlər daha da tezləşəcək”.

BIR CAVAB BURAXIN