Eks prezident Robert Koçaryan siyasi partiya yaradır

0
561

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan yeni siyasi partiya yaradaraq iqtidarda olan qüvvələrə qarşı müxalifətə keçəcək.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə Koçaryan RİA Novosti-yə açıqlamasında deyib. Onun sözlərinə görə, yenidən  siyasətə qayıtmaq üçün siyasi partiya yaradılmasına ehtiyac var. Hələlik yeni partiyasının adını müəyyən etmədiyini deyən Koçaryan bunun prinsip baxımından ciddi əhəmiyyət daşımadığını vurğulayıb: “Hazırda Ermənistanın müxalifət cəbhəsində boşluq əmələ gəlib. Belə hesab edirəm ki, ölkənin maraqlarının təmini naminə bu boşluğu doldurmağa ehtiyac var”.

Eks prezident növbədənkənar parlament seçkilərində iştirak etməməsinin səbəbini isə buna hazır olmaması ilə izah edib.

 

 

BIR CAVAB BURAXIN