Effektiv əməkdaşlıq amili

0
1784

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11-12 oktyabr tarixlərində Qırğızıstana dövlət səfəri baş tutdu. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Bişkek şəhərinin “Manas” Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.Bu dövlət səfəri oktyabrın 12-də başa çatdı.

Səfər çərçivəsində Azərbaycan Prezidenti cənab İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov ikitərəfli əlaqələri müzakirə ediblər. Ölkələrin liderləri ikitərəfli və çoxtərəfli əməkdaşlığa, həmçinin səmərəli əməkdaşlığın inşası və daha da inkişafının perspektivlərinə dair müxtəlif mövzularda müzakirə aparıblar.

Azərbaycan Prezidentinin Qırğızıstana səfəri çərçivəsində Qırğızıstan-Azərbaycan Dostluq Parkının, Heydər Əliyev adına və Nizami Gəncəvi adına ümumtəhsil məktəbinin açılması nəzərdə tutulub. Belə ki, Bişkekdə ən böyük məktəblərdən biri ulu öndər Heydər Əliyevin adını, digər məktəb isə Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyacaq.

Prezidentimiz cənab  İlham Əliyevin Bişkekə səfərini Qırğızıstan və Azərbaycan arasında strateji tərəfdaşlığın məntiqi davamı kimi dəyərləndirən Qırğızıstan Prezidenti qeyd edib ki, məhdud tərkibdə görüşdə əməkdaşlığın çox mühüm məsələləri müzakirə edildi, onun başlıca istiqamətləri, prioritetləri müəyyənləşdirildi. Ticari-investisiya əməkdaşlığından danışan Prezident Sadır Japarov deyib: “Bu gün biz Sizinlə Qırğız-Azərbaycan İnkişaf Fondunun mühüm rolunu nəzərdən keçirdik. Bu Fond Azərbaycan investisiyalarının Qırğızıstana cəlb edilməsində, qarşılıqlı faydalı biznes layihələrinin icrasında sürət katalizatoru və fəaliyyət mexanizminə çevrilməlidir”.

 

Zərdab rayon Körpükənd kənd tam orta məktəbinim müəllimi-Musayeva Gülnar