EFE agentliyinin 3 əməkdaşı Venesuelada həbs edilib

0
555

İspaniyanın EFE informasiya Agentliyinin 3 əməkdaşı Venesuelada həbs edilib.

Arazinfo.com-un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə İspaniya mətbuatının yaydığı məlumatda deyilir: “Ötən gün Venesuela hüquq-mühafizə orqanları tərəfindən bu ölkədəki hadisələri işıqlandıran 3 EFE əməkdaşı həbs edilib. Onların taleyi haqqında hələlik heç bir məlumat yoxdur”.

Qeyd edək ki, iki gün öncə EFE Venesueladaki fotoqrafının həbs edildiyi barədə məlumat yaymışdı.

Xatırladaq ki, yanvarın 29-da prezident sarayı yaxınlığında 2 nəfər Çili, iki nəfər isə Fransa jurnalisti həbs edilib. Çilidən olan jurnalistlər vətənlərinə deportasiya edilsələr də, fransalı jurnalistlər hələ də həbsdədirlər.