ABŞ-da həbsdə olan Azərbaycan əsilli iş adamı Rza Zərrab vəkilləri vasitəsi ilə verdiyi bəyanatda müğənni Ebru Gündeş ilə boşanacağını açıqlayıb.
Avropa.info xəbər verir ki, Zərrab boşanma təklifinin Ebru Gündəşdən gəldiyini və çətin də olsa bu təklifi qəbul etdiyini bildirib.
Qeyd edək ki, Rza Zərrab 17-25 dekabr çevriliş cəhdləri zamanı həbs edilmiş və 70 gün məhbus həyatından sonra sərbəst buraxılmışdı. Zərrab 19 mart 2016-ci il tarixində ABŞ-da FBİ tərəfindən Mayamidə həbs olunub.