“Vision of Humanity” təşkilatının mütəxəssisləri dünyanın ən təhlükəli ölkələrinin reytinqini açıqlayıb.
APA-nın təşiklatın saytına istinadən verdiyi xəbərə görə, dünyanın ən təhlükəli ölkəsi Suriya sayılır.
Təhlükəli ölkələr reytqində ikinci yeriCənubi Sudan, üçüncü yeri İraq tutur.
İlk onluğa Əfqanıstan, Pakistan və Ukrayna da daxildir. Onluqda sonuncu yeri Konqo Demokratik Respublikası tutur. Konqonun ardınca 11-ci yerdə Rusiya qərarlaşıb.
Ən təhlükəsiz ölkələrin reytinqinə isə İslandiya başçılıq edir. İkinci yerdə Danimarka qərarlaşıb. İlk onluqdakı digər ölkələr isə Kanada, Çexiya, Avstriya, İsveçrə və Portuqaliyadır.
Qeyd edək ki, təşkilat təhlillərini qonşularla münasibətin keyfiyyəti, ağır silahlanmanın və atom silahlarının kəmiyyəti, hərbi xərclər, ölüm səviyyəsi, siyasi repressiyalar və siyasi rejimin stabilliyi kim kriteriyalar əsasında aparıb.