Dünyanın sonunu gətirə biləcək gizli baza və onun taleyi Əziz Mustafa

0
708

 

Dünyanın sonunu gətirə biləcək gizli baza və onun taleyi

Əziz Mustafa

 

Soyuq müharibə dövründə dünya faktiki olaraq nüvə müharibəsi təhlükəsinin bir addımlığında idi. faktiki olaraq ən adi bir səhv vi ya ehtiyatsızlıq nüvə müharibəsinin başlamasına və dünyanın sonunun gəlməsinə, yüz milyonlarla insanın bir andaca məhvinə səbəb ola bilərdi. Bu baxımdan ötən əsrin 60-70-ci illərində ABŞ-ın SSRİ-dən gələn təhlükəyə qarşı düşmənə cavab zərbəsi endirə biləcək xüsusi gizli bazası inşa edilmişdi. Tuson şəhəri ətrafında yerləşən və yerin dərin qatlarındakı 18 şaxtada düşmənə qəfil zərəb endirəcək nüvə başlıqlı raketlər yerləşdirilmişdi. “Titan 2” raket qurğuları o dövrdə düşmənin əsas hədəflərini yerindəcə məhv etməyə qadir idi. Üstəlik bu hərbi baza SSRİ kəşfiyyatının diqqətindən kənarda saxlanılmışdı. Necə deyərlər hər yerə əli çatan və ən cüzi bir sirri belə əldə etməyi bacaran SSRİ kəşfiyyatının soyuq müharibə dövründə bu hərbi bazanın varlığından xəbəri olmadı. İş orasındadır ki, “Titan 2” raketlərini o dövrdə asanlıqla düşmən kəşfiyyatının diqqətindən gizlətmək mümkün idi. Belə ki, “Titan 2″raketlərşnşn yalnız ön hissəsi daah dəqiq desək burun tərəfi yuxarıya istiqamətlənib. Raketburaxıcı qurğu isə şaxtada yerləşdirilib. Əgər “Titan 2” raketlərinin yerləşdiyi ərazi havadan kosmosdan müşahidə edilsə onda bazanın yerləşdiiyi ərazidə ancaq tikanlı məftil buraxılış məntəqəsi və tulantı hesab edilə biləcək metal konstruksiyalar nəzərə çarpacaq. Beton plitilər şaxtanın dərinliklərinə  uzanaraq raket qurğularının yerləşdirşldiyi ərazinin kosmosdan aşkar edilməsini qeyri-mümkün edirdi. Raket qurğularının yerləşdirildiyi bunker yer səthindən 10 metr dərinlikdə inşa edilmişdi. Onun üzəri xüsusi hazırlanmış beton və metal konstruksiyalarla örtülüb. Beton və metal konstruksiyaların qalınlığı isə 1 metrdən artıqdır. Düzdür bu bazaya nüvə zərbələrindən sığortalanmaq imkanı vermir. Bununla belə belə müdafiə tədbiləri nüvə zərbəsinin gücünü azaltmağa qadirdir. “Titan 2” raketlərinin yerləşdirildiyi 18 şaxta labirinti xatırladan tunellər vasitəsi ilə bir-biri ilə birləşir. Tunellərin üzəri yoğun  kabellərlə əhatə olunub. Tunellərin üzərindəki metal konstruksiyalar ziqzaqvaridir və bundan məqsəd yenə də nüvə zərbəsinin gücünü nisbətən azaltmağa xidmət edir.  Ümumiyyətlə isə “Titan 2″raketlərinin yerləşdiyi şaxtanın daxilisualtı qayığı xatırladır. Buraxılış mintəqəsiən müasir elektron avadanlıqlarla təchiz edilib və o dairəvi formadadır. Buraya kosmik kəşfiyyat peyklərindən düşmənin nüvə obyektlərindəki ən adi bir hərəkət barədə məlumatlar daxil olurdu. Bu məlumatlar dərhalelektron aparatların vasitəsi ilə analiz edilirvə onun təhlükəli olub-olmadığı barədə yekun nəticə çıxarılırdı.

Şaxtanın buraxılış məntəqəsində diqqəti cəlb edən bir mühüm amil də prezidentin sərəncamını dərhal yerinə yetirməyə imkan verir. Prezidentin sərəncamının təhlükəsiz şəkildə həyata keçirilməsi məqsədi ilə xüsusi koddan istifadə olunurdu. Bu kodu isə ancaq şaxtadakı iki növbə rəisi bilirdi. onlar isə ABŞ ordusnun və kəşfiyyatının ən inanılmş adamları hesab olunurdular. Eyni zamanda hər iki növbə rəisi yüksək texnoloji biliklərə malik idilər. Əgər hər hansı texniki nasazlıq baş versəydi hər iki növbə rəisi kənardan kömək çağırmadan özləri nasazlığı aradan qaldırmağa qadir idilər. Bundan məqsəd isə vaxt itkisinə yol verməmək idi. Çünki kənardan xüsusi təyinatlı texniki yardım əməkdaşlarının şaxtaya gəlməsi vaxt apara bilərdi və nəticədə düşmənin gözlənilməz hücumunun qabağını almaq olmazdı. Bundan əlavə şaxtada ən müasir kurort zonlarının həsəd apara biləcəyi bir istirahət zonası vardı. Bu zonada xüsusi qurğuların vasitəsi ilə dəniz və dağ havasını xatırladan hava sistemi təşkil edilmişdi. Ona görə də şaxtada uzun müddət qalan texniki heyət özünü olduqca rahat hiss edirdi. yeganə çatışmazlıq texniki heyətin ailəsiilə birlikdə ola bilmməsi və bəzən aylarla onları görə bilməməsi ilə bağlı idi. Bütün bunlara baxmayaraq şaxtada yaradılan əla şərait texniki heyətə darıxmaq imkanı vermirdi.

BIR CAVAB BURAXIN