Dünyanın məşhur müsəlman futbolçuları: Rinat Dasayev (1)

0
661

Əziz Mustafa

Onun adı bir vaxtlar SSRİ-nin ən güclü qapıçılarından biri kimi çəkilirdi, hətta onu əfsanəvi qapıçı Lev Yaşinlə müqayisə edir, haqqında: “Bu ki ikinci Yaşindir, Yaşinin əsl varisidir”,-deyirdilər. Bu da əsassız deyildi. Lev İvanoviç Yaşin hələ sağlığında ikən Rinat Dasayevi özünün ən layiqli varisi adlandıraraq: “Mən Rinat Dasayevə inanıram. Onun oyun manerası çox xoşuma gəlir. Qətiyyətli, qapı ağzında təhlükəli vəziyyət əmələ gələn zaman düzgün qərar qəbul edir və bununla da qapısının toxunulmazlığını qoruyub saxlaya bilir. O özünü istənilən an ələ almağı və bununla da özünə hörmət etdirməyi bacaran qapıçılardandır. O yaradıcı, düşünün qapıçılardandır və belələrinə günümizdə az rast gəlmək olur”,-deyə məşhur müsəlman qapıçını tərifləmişdi.

Həqiqətən də Yaşindən sonra Rinat Dasayev SSRİ-nin ikinci ən böyk qapıçısı oldu. Onun qapıçılıq ustalığı dünyanın məşhur futbol mütəxəssislərinin də diqqətini cəlb etmişdi. Hətta SSRİ dönəmində xaricdəki məşhur futbol klublarının onu öz heyətləriniə dəvət etdikləri və onun transferi üçün milyonlarla dollar xərcləməyə hazır olduqları barədə şayələr də dolaşırdı. Bu şayiələrin nə qədər həqiqətə uyğun olduğunu söyləmək çətin olsa da, onun qapıçılıq istedadı sözün əsl mənasında milyonlarla futbol azarkeşini özünə heyran etmişdi. Yenə də qeyd edək ki, Dasayevə xaricdə oynamaq təklifi bir çox komandalardan gəlsə di, o dövrdə kapitalist ölkəsində sovet adamının pulla futbol oynamasını az qala dövlətə xəyanət kimi qəbul edirdilər. Buna baxmayaraq 1988-ci ildə SSRİ Futbol Fedrasiyası Dasayevə xaricdə oynamağa icazqə verdi. Dasayev 1988-ci ildə 2 milyon dollara İspaniyanın “Seviliya” komandasına transfer oldu. O bununla da SSRİ-də xaricdə oynayan ilk qapıçı oldu. Bir sözlə o anadangəlmə futbolçu istedadına malik idi və bununla fəxr edirdi.

Yenə də burada bir amilin üstündən sükutla keçmək olmur. Belə ki, Rinat Dasayev SSRİ yığma komandasının tərkibində 3 dəfə, 1982-1986, 1990-cı illərdə dünya çempionatında iştirak etmişdi. O 1980-cı ildə Moskvada keçirilən yay olimpiya oyunlarının bürünc,1988-ci ildə keçirilən Avropa çempionatının isə gümüş mükafatçısı olmuşdu. 1988-ci ildə isə Dasayev dünyanın ən məşhur qapıçısı adına layiq görülmüşdü. O Lev Yaşindən sonra dünyanın ən yaxşı qapıçısı adını alan ikinci SSRİ futbolçusu oldu.

Türk şəhəri Həştərxandan ( Hacı Tarxan) başlayan yol

Rinat Dasayev 1957-ci il iyun ayının 13-də bir vaxtlar Qazaxıstan türklərinin- qazaxların və türk dünyasının ana şəhərlərindən biri olan Həştərxanda ( Hacı Tarxan) anadan olub. Uşaq yaşlarında üzgüçülüklə məşğul olurdu. O hətta uşaqlar arasında keçirilən üzgüçülük yarışlarında belə iştirak etmişdi. Lakin əlində əmələ gələn zədə nəticəsində o sonra üzgüçülük yarışlarında iştirak edə bilmədi. Əvəzində balaca Rinat o dövrün bütün oğlan uşaqları kimi meylini futbola saldı. 9 yaşı olanda Rinatı Həştarxanın “Volqar” futbol klubunun futbol məktəbinə dəvət etdilər. Rinatın futbolda ilk məşqçisi tanınmış yerli futbol mütəxəssisi Herald Blednıx oldu. Əvvəlcə Rinat Dasayev hücum xəttində oynayırdı. Amma bu mövqedə o zəif təsir bağışlayırdı. Onun bu baxımdan qapıçı olması da sırf bir təsadüf nəticəsində baş verdi. Bununla bağlı sonralar Rinat Dasayev demişdi: “Bir dəfə qışda məşqə 20 dəqiqə qalmış stadiona gəldim. Nə edəcəyimi bilmədiyimdən nə üçünsə qapıda dayandım və komanda yoldaşımın vurduğu topu tutmağa çalışdım. Məşqçim bunu görüb mənə:” Gəl, səni bu gün qapıda sınayaq. Bəlkə nə isə alındı”,-dedi.

Mən onun sözünə baxdım və oyun ərzində qapıda dayandım, deəsən pis alınmadı. Bununla da mənim qapıçılıq fəaliyyətim başladı”,-demişdi. Sonralar o qapıçı kimi uşaqlar arasında keçirilən çoxsaylı yarışlarda iştirak etdi və dəfələrlə ən yaxşı qapıçı kimi tərifləndi. 1973-cü ildə Novorossiyskdə keçirilən zonalararası seçmə futbol yarışlarında Rinat Dasayev turnirin ən yaxşı qapıçısı elan edildi. 1975-ci ildə Rinat Dasayev Həştərxanın “Volqar” futbol klubunun əsas heyətində oynamağa başladı. O bu komandanın tərkibində ilk dəfə 1975-ci il avqust ayının 5-də rəqib meydanında Qroznınn “Terek” komandası ilə oyuna çıxdı. Həmin vaxt “Terek” zonanın güclü komandası hesab edilirdi. Meydan sahibləri Dasayevin qoruduğu qapıdan iki top keçirsələr də o dəfələrlə komandasını qoldan xilas etdi. Əgər Dasayev o vaxt qapını qorumasaydı onda “Terek” “Volqar”ı ən azı 5-6 top fərqi ilə məğlub edəcəkdi. “Dinamo” ilə keçirilən sonrakı oyunda Dasyev zədə aldı və bir müddət yaşıl meydanlardan uzaqda qaldı. Bununla belə 1976-cı ildən başlayaraq Dasayev “Volqar”ın əsas heyətində 26 dəfə meydanda çıxaraq bu komandanın əsas qapıçılarından birinə çevrildi.

Spartak Moskvaya transfer edilir

1977-ci ildə isə Dasayev “Volqar”ın oynadığı 31 oyundan 30-da əsas heyətdə qapını qorudu. Onun qapıda olduqca böyük ustalıqla dayanması və əla reaksiya göstərməsi həmin dövrdə Moskvanın “Spartak” komandasının baş məşqçilərinin dqqətini özünə cəlb etmişdi. Ona görə də Dasayevi “Spartak” komandasına dəvət etdilər. 1977-ci il sentyabr ayının 11-də Dasayev doğma “Volqar” komandasının heyətində sonuncu dəfə meydana çıxdı. Bunun ardınca “Spartak”ın təklifini qəbul edərək o Moskvaya yollandı. Onu “Spartak” komandasına əslində “Volqar” komandasının baş məşqçisi Fyodor Novikov təklif etmiş və Dasayevin məşhur qapçı olacağı barədə onları məlumatlandırmışdı. “Spartak” komandasında Dasayev əsas heyətə düşmək uğrunda təcrübəli qapıçı Aleksandr Proxorovla rəqabət aparmalı oldu. Bununla belə Moskvada Dasayevə bir müddət etibar etmədilər. Proxorov əsas qapışı kimi komandada öz yerni möhkəm qoruyurdu. Bununla belə ilk dəfə “Spartak”ın heyətində Dasayev oyuna Voroşilovqradda ( Luqansk) yerli” Zarya” ilə oyunda meydana çıxdı. Nu oyunda Dasayev qapısından qol buraxmadı. Sonra o bu dəfə Moskvanın “Lokomotiv” komandası ilə oyunda meydana çıxdı. Bu dəfə də Dasayev qapsının toxunulmazlığını qoruyub saxlaya bildi. “Spartak” da Dasayev özünəməxsus oyun üslubunu formalaşdırdı. Sonralar məşhur müsəlman futbolçu bu barədə belə demişdi: “Mənim top uğrunda mübarizədə çıxışlarım əla alınırdı. Konstantin Beskov, komandamızın baş məşqçisi mənə deyirdi ki, topu ayağınla oyuna daxil etmə, əlinlə yoldaşlarına at. Çünki bu zaman topun komandamızda olcağı şübhə doğurmurdu. Eyni zamanda o mənə müdafiəçiləri idarə etməyi, yarımmüdafiəçilər və hücumçuları əks hücuma istiqamətləndirməyi də öyrətdi. Çünki qapıçı meydanı daha yaxşı görür və kimin harada ola biləcəyini sövq təbii ilə hiss edir. Beləliklə məni öz oyun üslubum formalaşadı”,-demişdi.

Ümumiyyətlə Rinat Dasayevin məşhur qapıçı kimi formalaşmasında və şöhrət qazanmasında o dövrdə “Spartak” komandasının baş məşqçisi Konstantin Beskovun böyük xidmətləri olub. Beskovun dövründə “Spartak” dəfələrlə SSRİ çempionu olmuşdu. Lakin buna baxmayaraq Beskov o dövrün məşhur məşqçisi Valeri Lobanovskinin baş məşqçisi olduğu Kiyevin “Dinamo” komandası ilə müqayisədə “Spartak”la beynəlxalq aləmdə, Çempionlar, Kuboklar Kubokunda və UEFA kubokunda uğur qazana bilmədi. Valeri Lobanovski və Beskovla bağlı sonralar Dasayev demişdi ki, mənim üçün ən dəyərli məşqçi Konstantin Beskov olub. Hansı ki, mən 11 il onun rəhbərliyi altında “Spartak”da oynamışam: ” Valeri Lobanovskinin də karyeramda rol oynadığını qeyd etmək istərdim. SSRİ yığmasına təzə-təzə cəlb olunanda ondan çox şey öyrənmişəm. Bu iki məşqçinin futbolçu karyeramda rolu böyükdür”.

BIR CAVAB BURAXIN