Dünyanın ilk televizoru görənləri heyrətləndirir

0
608
Az qala bir əsr yarım (elə indi də) insanların ən yaxın dostu olan cihazın – televizorun kəşfinin maraqlı tarixçəsi var. Televizoru ingilis alimi Con Baird 1925-ci ildə ibtidai formada da olsa, kəşf edə bilir. O, biskvit qutusu və kartondan ibarət qutunu tikiş iynəsi ilə “tikib”, içərisinə avadanlığını yerləşdirir və uzaq məsafəyə ötürülən sifət görünüşünü “tutmağı” bacarır. 25 iyun 1925-ci ildə isə kəşfini patentləşdirir. Baird sehirli qutuya “televisor” (tele – yunanca “uzaq”, visio – latınca “gör”) adını verir.
1928-ci ilin yanvarında Krallıq İnstitutunda ixtirasını təqdim edən Baird bir il sonra ilk televiziya stansiyasını qurur. 1929-cu ildən başlayaraq, BBC ilə razılaşma əsasında televiziya verilişlərinin hazırlanmasına start verdi. Qısa müddətdən sonra isə televiziya bütün dünyaya yayıldı. Olimpiya oyununun televiziya ilə yayımı isə ilk dəfə 1936-cı ildə baş tutdu: Hitler Almaniyasında təşkil olunan idman yarışını televiziya ilə qitələrə ötürdülər…
Moderator.az dünyada ilk televizorların fotolarını təqdim edir. Kim düşünərdi ki, o zaman yüzlərlə lampanın hesabına işıqlandırılan nəhəng qutular-televizorlar, kiçilib-kiçilib az qala əl boyda, kağız nazikliyində bir qurğu olacaqlar…

BIR CAVAB BURAXIN