Dünya əhalisinin cəmi 0,5 faizi dahi hesab olunur. Təbii ki, burada müəyyən kriteriyalar var. Bəzi dahilər yüksək zəkalarına, bəziləri ilə qeyri-adi yaradıcı istedadlarına görə seçilirlər.
Moderator.az bu yazıda birincilərdən danışacaq. Amma bir amması ilə… Bu dahilər təkcə yüksək zəkaları ilə yox, həm də qeyri-adi həyat tərzləri ilə seçilirlər.
Rik Rosner – (İQ 192)- Belə yüksək intellekt əmsalı göstəricisinə sahib olmasına baxmayaraq, bu insanın televiziya prodüseri işləməsi çətin ki, sizə inandırıcı gəlsin. Amma Rik heç də adi dahi deyil. Onun xidməti kitabçasında striptiz rəqqası, diyircəkli konkilər üzərinə ofisiant, rəssamlar üçün naturaçı kimi qeyri-adi vəzifələrin adları da var.
Qriqori Perelman- (İQ 190) – Qriqori Perelman 1966-ci ildə Leninqradda yəhudi ailəsində doğulub. O, ilk riyaziyyatçıdır ki, Puankare hipotezini isbat edib. O, imtahansız Leninqrad Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsinə daxil olub. Daha sonra Steklov adına Riyaziyyat İnstitutunun Leninqrad (Sankt-Peterburq) filialında işləməklə yanaşı, həm də ABŞ-ın bir sıra universitetlərində müəllim kimi çalışıb. 2003-cü ildən isə heç bir yerdə işləmir və kənar adamlarla ünsiyyət qurmur.
Terens Tao – (İQ 230) – Tao hələ körpə ikən hamıya vergili uşaq təsiri bağışlayırmış. İki yaşında, yəni sizlərdən çoxunuz yeriməyi və danışmağı təzə mənimsədiyi vaxtda, o artıq əsas riyazi əməlləri yerinə yetirə bilirdi, 9 yaşında o, artıq universitet səviyyəli riyazi kurslara gedirdi, 20 yaşında isə o, Prinston Universitetində doktorluq dərəcəsi almışdı. 24 yaşında Los-Anceles şəhərinin Kaliforniya Universitetindən ən gənc professor adı alır. Bu müddət ərzində onun 250-dən çox elmi işi dərc olunub.
Yudit Polqar – macarıstanlı şahmatçıdır. O, 15 yaşında ikən dünyanın ən gənc qrossmeysteri adını alaraq, Bobi Fişerin rekordunu bir ay təzələyib. Onun atası ona və bacılarına şahmatı hələ evdə ikən körpə yaşlarında öyrətməyə başlayıb. Ata bütün dünyaya sübut etmək istəyirdi ki, əgər uşaqlar şahmatı öyrənməyə çox erkən yaşda başlasalar, daha çox uğur əldə edə bilərlər.