“Dünyanın ən rüşvətxor iki ölkəsi Nigeriya və Əfqanıstandır”. Bunu İngiltərənin baş naziri Devid Kameron Kraliça II Elizabetlə söhbəti zamanı deyib. 70 ölkənin liderlərinin bir araya gəldiyi Korrupsiya ilə Mübarizə Zirvəsində baş nazir bu sözləri söyləyərkən mikrofonların açıq olduğundan xəbərsiz olub.
Ingilis mediası Kameronun “Korrupsiya hallarının ən çox yaşandığı ölkələrin liderləri İngiltərəyə gələcək. Yəqinki dünyanın ən rüşvətxor 2 ölkəsi Nigeriya və Əfqanıstandır” ifadələrini məqsədli şəkildə deyib demədiyindən xəbərsiz olduqlarını yazıb.
Qeyd edək ki, İngiltərənin paytaxtı Londonda 2 gün davam edəcək Korrupsiya ilə Mübarizə Zirvəsinə dünyanın qabaqcıl qeyri-hökumət təşkilatlarının sədrləri və 70 ölkənin dövlət başçıları qatılacaq.