Dünyanı idarə edənlər yenidən biraraya gəldi – Gizli toplantı

0
699
?????????????????????????????????????????????????????????

Dünəndən etibarən Drezden şəhərində dünyanın ən müəmmalı təşkilatlarından biri olan Bilderberq klubunun görüşü başlayıb.

Bu il konfransda 20 ölkədən 130 nəfər iştirak edir. Görüşə daha çox ABŞ-dan nümayəndələr çağırılıb.

Tədbirdə Almaniyanı Maliyyə naziri Volfanq Şoyble, Müdafiə naziri Ursula fon der Lyayen və Daxili İşlər naziri Tomas de Mezyer təmsil edir. Üstəlik, Almaniyanın “Doyçe Bank” və “Siemens” şirkətlərinin rəhbərləri də tədbirə qatılacaq.

Görüşdə həmçinin Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard, Türkiyə Baş nazirinin müavini Məhməd Şimşək də iştirak edəcək.

Bilderberq klubunun görüşündən Almaniya kansleri Angela Merkel, Xarici İşlər naziri Frank Valter Ştaynmayer və İqtisadiyyat naziri Ziqmar Qabriel imtina edib. Görüşə Rusiyadan da heç kim qatılmayıb.

Klubun builki əsas müzakirə mövzuları Çin, Avropa Birliyindəki miqrasiya böhranı, Yaxın Şərqdəki hadisələr, Rusiya, ABŞ-da seçkilər, enerji qiymətləri və kibertəhlükəsizlikdir.

Qeyd edək ki, Bilderberq klubu 1954-cü ildə yaradılıb. Klubun ötənilki görüşü Avstriyada keçirilib. İndiyə qədər klubla bağlı heç bir səhih informasiya yoxdur. Klubun adı ingilis əks-kəşfiyyat qurumu olan Mi6-nın keçmiş zabiti, ingilis yazar Con Kolemanın “300-lər komitəsi” adlı kitabında dünyanı idarə edən gizli təşkilatlardan biri kimi çəkilir.

BIR CAVAB BURAXIN