“Dünyanı idarə edən” türklər

0
735

Dünyanın ən güclü, planetin ən nüfuzlu və ən zəngin insanlarının, beynəlxalq və regional miqyaslı siyasi, iqtisadi, mədəni dairələrin, özəl biznes və bank sahəsinin ən nüfuzlu şəxslərinin illik qeyri-formal və gizli yığıncağı olan “Bilderberq klubu”nun Türkiyədən olan üzvlərinin adları açıqlanıb.

 

Publika.az xəbər verir ki, Türkiyənin bu klubda iştirakı 1957-ci ildən başlayır. Həmin ili Türkiyənin İngiltərədəki səfiri və NATO-dakı daimi nümayəndəliyinin rəhbəri Muharrem Nuri Birgi ölkəsini təmsil edir.

 

1957-ci ildə keçirilən gizli toplantıya Türkiyənin o dövrdəki baş naziri Adnan Menderes dəvət edilsə də, ancaq o bu yığıncağa qatılmır.

 

“Bilderberq klubu”nun 2012-ci ildə təşkil olunan gizli toplantısına Türkiyədən kimlərin qatılması indiyədək açıqlanmasa da, sonradan “The Guardian” qəzeti həmin ili bu toplantıya Damla Z. Gürel (Baş nazirin Avropa Birliyi üzrə xüsusi köməkçisi), Mustafa Koç (“Koç Holding”in rəhbəri), Ruşen Çakır (jurnalist), Tuncay Özilhan (“Anadolu Grup”un rəhbəri) və Suzan Sabancı Dinçerin (“Akbank”ın rəhbəri) qatıldıqlarını iddia edir.

 

Qəzet həmçinin Türkiyədən 1957-2012-ci illər ərzində “Bilderberq klubu”na qatılan şəxslərin illərinə görə adlarını dərc edib.

 

Həmin siyahıdakı adlar aşağıdakı kimidir:

 

1957-ci il, ABŞ- Muharrem Nuri Birgi (Türkiyənin İngiltərədəki səfiri və NATO-dakı daimi nümayəndəliyinin rəhbəri),

1958-ci il, İngiltərə- Muharrem Nuri Birgi,

1963-cü il, Fransa- Muharrem Nuri Birgi,

1964-cü il, ABŞ – Muharrem Nuri Birgi,

1965-ci il, İtaliya- Muharrem Nuri Birgi, Nejat F. Eczacıbaşı (“Eczacıbaşı Holding”in rəhbəri),

1966-cı il, Almaniya – Muharrem Nuri Birgi,

1967-ci il, İngiltərə – Muharrem Nuri Birgi,

1968-ci il, Kanada- Muharrem Nuri Birgi,

1969-cu il, Danimarka- Muharrem Nuri Birgi,

1970-ci il, İsveçrə – Muharrem Nuri Birgi,

1971-ci il, ABŞ- Muharrem Nuri Birgi, Selahattin Beyazıt (“Qalatasaray” futbol klubunun keçmiş rəhbəri, iş adamı),

1972-ci il, Belçika- Muharrem Nuri Birgi, Selahattin Beyazıt (“Qalatasaray” futbol klubunun keçmiş rəhbəri, iş adamı),

1973-cü il, İsveç- Muharrem Nuri Birgi, Selahattin Beyazıt,

1974-cü il, Fransa- Muharrem Nuri Birgi, Selahattin Beyazıt,

1975-ci il, Türkiyə – Semih Akbil (Diplomat), Muharrem Nuri Birgi, Selahattin Beyazıt, İhsan Sabri Çağlayangil (Xarici İşlər Nazirliyi), İhsan Doğramacı (Akademik), Bülent Ecevit, Turan Feyzioğlu (Siyasətçi), Oğuz Gökmen (Diplomat-yazar), Kamran İnan (nazir), Hasan E. Işık (Xarici İşlər Nazirliyi), Gülten Kazgan (Akademik-yazar), Halil Tunç (müdafiə təşkilatı), Memduh Yaşa (Akademik-siyasətçi), Selçuk Yaşar (İş adamı),

1976-cı il, İngiltərə – Selahattin Beyazıt, Muharrem Nur Birgi,

1978-ci il, ABŞ – Selahattin Beyazıt,

1979-cu il, Almaniya – Selahattin Beyazıt,

1980-ci il, Almaniya – Selahattin Beyazıt, Muharrem Nur Birgi,

1981-ci il, İsveçrə – Selahattin Beyazıt (O, bu tarixdən idarə heyətinə üzv edilir), Kamran İnan,

1982-ci il, Norveç -Selahattin Beyazıt, Haluk Özgül (Türkiyənin Norveçdəki səfiri), Metin Toker (“Milliyet” qəzetinin köşə yazarı),

1983-cü il, Kanada – Selahattin Beyazıt, M. Nuri Birgi, İlter Türkmen (Daxili İşlər Nazirliyi), Baki Alkın (İlter Türkmenin köməkçisi),

1984-cü il, Kanada – Yıldırım Aktürk, (Dövlət nazirinin müavini), Selahattin Beyazıt, Tarık Şara (“Enka Holding”in rəhbəri),

1985-ci il, ABŞ – Selahattin Beyazıt, M. Nuri Birgi, Jak V. Kamhi (iş adamı), Osman Olcay (Xarici İşlər naziri, Türkiyənin NATO təmsilçisi),

1986-cı il, İngiltərə – Selahattin Beyazıt, Yavuz Canevi (Türkiyə Mərkəzi Bankının sədri), Seyfi Taşhan (Xarici Siyasət İnstitutunun direktoru),

1987-ci il, İtaliya – Gündüz Aktan (baş nazirin sözçüsü), Selahattin Beyazıt, Zekeriya Yıldırım (Türkiyə Mərkəzi Bankının sədri),

1988-ci il, Avstriya – Selahattin Beyazıt, Ali Bozer (Daxili İşlər naziri), Rüştü Saraçoğlu (Türkiyə Mərkəzi bankının sədri),

1989-cu il, İspaniya – Selahattin Beyazıt, Ali Bozer (nazir müavini), İsmail Cem (CHP-li millət vəkili),

1990-cu il, ABŞ – Selahattin Beyazıt, Erdal İnönü, Mesut Yılmaz (Siyasətçi),

1991-ci il, Almaniya – Selahattin Beyazıt, Vahit M. Halefoğlu (keçmiş xarici işlər naziri), Tugay Özçeri (Xarici İşlər Nazirliyinin diplomatı),

1992-ci il, Fransa – Selahattin Beyazıt, Emre Gönensay (Baş nazirin əsas sözçüsü),

1993-cü il, Yunanıstan – Selahattin Beyazıt, Hüseyin E Çelem (Türkiyənin Yunanıstandakı səfiri), Talat S. Halman (Akademik), Rüştü Saraçoğlu (Mərkəzi Bankın sədri),

1994-cü il,Finlandiya- Ali Hikmet Alp (Diplomat), Selahattin Beyazıt, Rahmi Koç (“Koç Holding”in rəhbəri),

1995-ci il,İsveçrə – Selahattin Beyazıt, Cem Boyner (Yeni Demokratiya Hərəkəti), Hikmet Çetin (keçmiş xarici işlər naziri),

1996-cı il, Kanada – Selahattin Beyazıt, Gazi Erçel (Mərkəzi Bank), Emre Gönensay (xarici işlər naziri),

1997-ci il, ABŞ- Selahattin Beyazıt, Dinç Bilgin (“Sabah” qəzeti), Gazi Erçel (Mərkəzi Bank), Üstün Ergüder (Boğaziçi Universitetinin dekanı), Sinan Tara (İş adamı),

1998-ci il, Şotlandiya – Uğur Bayar (Özəlləşdirmə İdarəsi), İsmail Cem (Xarici İşlər Nazirliyi), Meral Gezgin Eriş (siyasətçi), Suna Kıraç (iş adamı),

1999-cu il, Portuqaliya – Gazi Erçel, Sedat Ergin (“Hürriyet” qəzeti), Suna Kıraç, Erkut Yüceoğlu (TUSİAD),

2000-ci il, Belçika  – Nuri Çolakoğlu (NTV), Muharrem Kayhan (“Söktaş” şirkəti),

2001-ci il, İsveç – Gazi Erçel, Özdem Sanberk (Türkiyənin İngiltərədəki Səfirliyi),

2002-ci il, ABŞ – Kemal Derviş (iqtisadiyyat naziri), Bülend Özaydınlı (iş adamı), Özdem Sanberk,

2003-cü il, Fransa- Ali Babacan (iqtisadiyyat naziri), Mehmet A. Ağar (siyasətçi), Özdem Sanberk,

2004-cü il, İtaliya- Ali Babacan, Hasan Cemal (“Milliyet” qəzetinin köşə yazarı), Kemal Derviş (Millət vəkili), Mustafa Koç (“Koç Holding”in rəhbəri),

2005-ci il, Almaniya- Ali Babacan, İmregül Gencer (“Global Investment” şirkəti), Cüneyt Ülsever (“Hürriyet” qəzetinin köşə yazarı),

2006-cı il, Kanada – Egemen Bağış, Ümit Boyner (“Boyner Holding”in rəhbəri), Mustafa Koç, Kemal Köprülü (ARI Hərəkatı), Fehmi Koru (“Yeni şafak” qəzeti), Soli Özel (professor),

2007-ci il, Türkiyə – Ali Babacan (İqtisadiyyat naziri), Mehmet A. Birand (Köşə yazarı), Ümit Boyner, Cengiz Çandar (jurnalist), Hikmet Çetin, Cem Duna (sabiq səfir), Emre Gönensay, Mustafa Koç, Ayşe Soysal (Boğaziçi Universitetinin dekanı), Arzuhan Doğan Yalçındağ (“Doğan Holding”), Erkut Yüceoğlu (TUSİAD),

2008-ci il, ABŞ  – Ali Babacan, Zeynep Göğüş (jurnalist), Mustafa Koç, Faik Öztrak (Millət vəkili), Ferit Şahenk (“Doğuş Holding”),

2009-cu il, Yunanıstan- Ali Babacan, Mustafa Koç, Suzan Sabancı Dinçer (“Sabancı Holding”), Agah Uğur (“Borusan Holding”),

2010-cu il, İspaniya –  Ali Babacan, Mustafa Koç, Sami Kohen (“Milliyet” qəzeti), Suzan Dinçer Sabancı, Agah Uğur.

 

Xatırladaq ki, “Bilderberq klubu” dünyanı idarə edən güclərdən biri hesab olunur. Dünyanın ən böyük özəl biznes və bank sahəsinin ən nüfuzlu şəxslərinin illik qeyri-formal yığıncağını təşkil edən “Bilderberq klubu”nun mənzil-qərargahı Karneqi Fondunun Nyu-York ofisində yerləşir.

BIR CAVAB BURAXIN