Dünyanı idarə edən 12 gizli yəhudi ailəsi – Sensasiya

0
603

 


Türkiyəli professor Ata Atun ABŞ Prezidenti Donald Trampın Qüds qərarı ilə bağlı maraqlı iddialar irəli sürüb.

Arazinfo.com Publika.az -a istinadən xəbər verir ki, Ata Atun Trampın ABŞ-ı idarə edən 12 yəhudi ailəsinin nəzarəti altında olduğunu iddia edib.

“Dünyanın maliyyə siyasətini, medianı, dərman sektorunu 12 ailə və bu ailələrə bağlı qurumlar idarə edir. Bu, 12 ailənin tərkibində başqa millətlərin də nümayəndələri var, amma əsasən yəhudilərdən ibarətdir. Bu ailələr ABŞ Senatını, Konqresini və Ağ Evi idarə edir. İdarə mexanizmi çox sadə və gizlidir. Bu üç quruma seçiləcək şəxslərin seçki kampaniyaları maliyyələşdirilir və beləliklə, onlar ələ alınır. ABŞ-ın Yaxın Şərqlə bağlı siyasətini Dövlət Departamentindəki yəhudi komanda müəyyənləşdirir və idarə edir. Dünyanın bütün yazılı və vizual mediasına xəbərləri təqdim edən beynəlxalq agentliklər yəhudi əsilli şəxslər tərəfindən idarə edilir. ABŞ və İsrailin əleyhinə heç bir xəbər təqdim edilmir. Buna görə də ABŞ-ın adi vətəndaşları belə xəbərləri görmür və “Böyük Amerika” xəyalları ilə yaşayırlar. Əslində ABŞ-ın Yaxın Şərqlə, o cümlədən, Qüdslə bağlı verilən bütün qərarların arxasında məhz həmin ailələr dayanır”, – deyə türkiyəli professor iddia edib.

 

BIR CAVAB BURAXIN