Dünyada yeni təhlükəli bakteriya aşkarlanıb

0
801

Afrikada Sibir xorasına bənzər xəstəliyə səbəb olan təhlükəli bakteriya aşkar edilib. Həm ev, həm də vəhşi heyvanları yoluxdura bilən bu bakteriya hələ ki, yalnız heyvanlarda aşkarlanıb. Amma onun insanlar üçün də təhlükəli ola biləcəyi ehtimal olunur.

Rusiya mətbuatına istinadən xəbər verir ki, yayılan bakteriya Sibir xorasını yaradan Bacillus anthracis bakteriyasının bir növüdür. Praktiki olaraq hər yerdə rast gəlinən Bacillus cereus mikroorqanizmi son ana qədər zərərsiz hesab edilirdi. Ancaq Afrikada aşkar edilmiş bu bakteriya ciddi təhlükədən xəbər verir. Belə ki, Konqoda, Kamerunda, Mərkəzi Afrika Respublikasında və Kot-d’İvuarda müxtəlif heyvanlardan götürülmüş nümunələrdə bu bakteriya aşkar olunub. Bakteriyanın yoluxduğu şimpanze, qorillalar, fil və keçilərin əksəriyyəti isə ölüb.

Tədqiqatçılar əmindirlər ki, aşkar edilmiş mikroorqanizm ehtimal ki, çox geniş arealda yayılıb və bütün Afrika qitəsində rast gəlinir. Qorillalarda və şimpanzelərdə tapılan bu bakteriya insanlar üçün də potensial təhlükədən xəbər verir.

Virtualaz.org

BIR CAVAB BURAXIN