Dünyada bu dildə cəmisi 6 nəfər danışır

0
756
İnsanlar kimi dillər və mədəniyyətlər də ölür. Yunanıstanda 2500 ildir insanların danışdığı “sfyria” dili də belə dillərdəndir.
Yunanıstanın Eviya adasının cənub-şərqində qayalıqlardan ibarət bir labirintin üzərində qurulan bir kənd var  – Antiya kəndi. Kənddə çox az insan yaşayır. Qədimdən buradakı bütün insanların danışdığı “sfyria” dili də tədricən unudulub və hazırda bu dili bilən sadəcə 6 insan qalıb. Kəndin 40 km əhatəsində nə bir hotel, nə də bir restoran var. Bu balaca kənd o qədər uzaq və tənha bir yerdədir ki, hətta “Google Maps” belə buranı göstərmir.
Kənd sakinləri uzaq məsafədən əlaqə saxlamaq üçün quş səslərinə bənzəyən fit çalırlar. Dağlarda əks-səda yaradan bu səslər kəndə gələnləri həm heyran edir, həm də təəcübləndirir. Səslərin musiqi notlar kimi öz mənaları var.
Kənddə müasir yaşam tərzinin elementlərinə rast gəlmək çətindir. Son bir neçə ildə Antiya kəndinin  əhalisi 250 nəfərdən 37 nəfərə düşüb. Dili mükəmməl bilən az sayda qocalar da dişlərini itirdiklərindən səsləri düzgün tələffüz edə bilmirlər. Elə bu səbəbdən də bu dildə sadəcə 6 insan danışır.
Yunan dil qrupuna aid olan “sfyria” dili çox təəssüf ki, bir neçə ildən  sonra unudulmuş dillər sırasına daxil olacaq və dünya mədəniyyət tarixinin daha bir səhifəsi gələcək üçün qaranlıq qalacaq. (Cahanpress)

BIR CAVAB BURAXIN