Dünyada ən çox qırıcı təyyarə ABŞ və Rusiyadadır

0
1771

“Flayt İnternəşnl” nəşri dünya ölkələri Hərbi Hava Qüvvələrinin 2018-ci il üzrə hesabatını yayımlayıb.

Hesabatda müxtəlif ölkələrdəki mövcud və sifariş edilən döyüş qırıcılarının sayı göstərilib.

Siyahıda Azərbaycanın da adı var. Məlumatlara görə, hazırda Azərbaycanda 5 ədəd MİQ-21, 13 ədəd MİQ-29, 11 ədəd Su-25 döyüş təyyarəsi var. Azərbaycan 2018-ci il üçün qırıcı sifariş verməyib.

Ermənistanın hazırda 11 döyüş təyyarəsi var. Bunların hamısı Su-25 qırıcısıdır.

Rusiyanın hazırda 1550 ədəd döyüş təyyarəsi var. Bunlardan 262-si MİQ-29/35, 134-ü MİQ-31, 296-sı Su-24, 201-i Su-25, 378-si Su27/30/35 və 109-u Su-34 döyüş təyyarəsidir.

Türkiyənin isə hazırda 49 ədəd F-4E, 158 ədəd isə F-16C qırıcısı var. Sifariş verilən döyüş təyyarələri isə 100 ədəd F-35A və 12 ədəd Hürkuş C modelləridir.

Almaniyanın hazırda 181 döyüş təyyarəsi var. Bunlardan 94-ü “Eurofighter”, 87 ədədi isə “Tornado İDS” qırıcısıdır. Daha 8 ədəd “Eurofighter” sifariş verilib.

ABŞ-ın hazırda 1905 qırıcısı var ki, bunlardan 287-si A-10C, 7 ədədi AC-130J, 28 ədədi AC-130U/W, 60-ı B-1, 20-si B-2, 75-i isə B-52-dir.

Çinin hazırda 1527 qırıcı var. Sifariş verilən döyüş təyyarələrinin sayı 70-dir.

İranın 182, İngiltərənin 143, İspaniyanın 134, İsrailin 252, İtaliyanın 186 və Yaponiyanın 290 qırıcısı var.Teleqraf.com

BIR CAVAB BURAXIN