Dünya liderlərindən güclü 3 qadın: Stalinin azərbaycanlı kəşfiyyatçısının sirləri

0
830

Dünya tarixində elə qadınlara rast gəlinir ki, zərif cinsin bu nümayəndələri ağlasığmaz, heyrətamiz üstünlüklərə malik olurlar. Araşdırmalar zamanı hətta onlardan elələrinə rast gəlmək mümkündür ki, bu nailiyyətlərin məhz qadınlar tərəfindən əldə edildiyinə təəccübünü gizlədə bilmirsən. Yazıda barəsində söhbət açacağım üç nəfər çoxsaylı qadınlardandır.

Publika.az “Anarın müəllif araşdırması” layihəsi çərçivəsində “Dünya liderlərindən güclü 3 qadın” yazısını təqdim edir.

Stalin, Çörçil və Ruzvelti qoruyan 23 yaşlı qız

SSRİ rəhbəri İosif Stalinin xarici məsələlər üzrə şəxsi katibəsi olmuş Zoya Zarubinanı keçmiş ittifaq ölkələrində, o cümlədən Rusiyada “Tərcümə və ya xarici kəşfiyyat cəbhəsinin əfsanəsi” adlandırırlar.

Onun atası Vasili də ayrı-ayrı illərdə Çində, Finlandiyada, Danimarkada, Almaniyada, ABŞ-da rezident (xarici ölkələrdə casusluq işlərinə rəhbərlik edən şəxs – A.T.) işləmişdi. Anası isə “NKVD” aparatında çalışırdı.

1920-ci ilin 5 aprelində kəşfiyyatçı-milis ailəsində dünyaya gəlmiş Zoya Zarubina İkinci Dünya Müharibəsinin gedişində Stalini Tehran konfransında müşayiət edəndə onun cəmi 23 yaşı vardı. Lakin 23 yaşlı bu qız Britaniya və ABŞ rəhbərlərinin çıxışlarını dinləyir, tərcümə edirdi. SSRİ-nin təhlükəsizlik orqanlarının əməkdaşı, baş leytenant, elə bir səlahiyyətə malik idi ki, Stalin-Ruzvelt və Çörçilin iştirak etdiyi bütün konfranslarda olmuşdu.

Zoya Zarubina nəinki Stalin, Ruzvelt və Çörçili yaxından görmüş, dinləmiş, onların danışıqlarını tərcümə etmiş, həm də SSRİ, ABŞ və Britaniya rəhbərlərini mühafizə etmişdi. Belə ki, 23 yaşlı Zoya dövlət başçılarının görüşünün planlaşmasında da iştirak edirdi. O, həmkarları ilə birlikdə almanların, italyanların və yaponların kəşfiyyat orqanlarını izləyir, düşmənin Stalin, Ruzvelt və Çerçili məhv etmək barədə planlarının üstünü açırdı. Bu arada maraqlı bir faktı diqqənizə çatdırmaq yerinə düşür. Belə ki, ingilislər və amerikanlar 1943-cü ildə SSRİ, Britaniya və ABŞ dövlət başçılarının görüşünün əvvəlcə Qahirədə, sonra Bağdadda, daha sonra isə Türkiyənin şəhərlərindən birində keçirməyi təklif etdilər. Lakin Stalin bu təkliflərin hamısını rədd etdi. Zoya Zarubina bunu belə xatırlayır: “Stalin təkid etdi ki, üç dövlət başçısının görüşü İranın paytaxtı Tehranda keçirilsin. Çünki İran SSRİ-yə yaxın idi və rəhbər şəxsi təhlükəsizliyini təmin etmək istəyirdi. O, bilirdi ki, təhlükəsizliyinə ən güclü təminat məhz Tehranda ola bilər”.

Doğrudan da belə oldu. Hitlerin üç dövlət başçısını Tehranda məhv etmək planı uğursuzluğa düçar oldu. Sovet kəşfiyyatı faşistlərin casuslarının hərəkətlərini sonadək izləyib onları İranda həbs etdilər.

“Onlar (Stalin, Ruzvelt və Çörçil – A.T.) çox güclü rəhbər idilər. Hər biri öz xalqı qarşısındakı vəzifələrinin öhdəsindən layiqincə gəlirdi”- deyən Zoya Zarubina Tehran və Yalta konfranslarıda üç dövlət başçısının həm tərcüməçisi, katibəsi (Stalinin), həm də mühafizəçisi idi.

Zoya Zarubinanın xatirələrində digər maraqlı faktı da vurğulamaq yerinə düşür: “İndi hər şey, bütün sənədlər əvvəlcədən hazırlanır və dövlət başçıları hazır sənədlərə qol çəkirlər. Ancaq o vaxt hər şey tamamilə fərqli idi. Stalin, Ruzvelt və Çörçil yalnız konfrans zamanı müzakirələr aparır, yekun nəticəyə gəlirdilər. Bundan sonra sənədlər hazırlanır və üç dövlətin başçısı tərəfindən imzalanırdı. Hər şey birinci hərfdən başlayırdı”.

Zoya Zarubinanın xidmətləri bununla yekunlaşmır. İyirmi beş yaşı olanda o, ABŞ-ın nüvə silahı hazırlamasından xəbər tutdu. Hətta kəşfiyyatçı qadın bu silahın Yaponiyaya atılacağı barədə Stalini xəbərdar etmişdi.

1945-ci ilin yayında keçirilən Potsdam konfransında Ruzvelti Trumen, Çörçili isə Ettli əvəz etdi. Dəyişilməyən bircə Stalin və onun tərcüməçisi, kəçfiyyatçısı Zoya Zarubina idi.

1897-ci ilin 13 aprelində, Qərbi Azərbaycanda, Gümrü ərazisində dünyaya göz açmış Olqa KonstantinovnaÇexovanı hər kəs rus və alman kino, teatr aktrisası kimi tanıyırdı. Faşist Almaniyasının lideri Adolf Hitler bu qadına Üçüncü Reyxin Dövlət aktrisası fəxri adı ilə təltif etmişdi. Hitler kinematoqrafiyasının bir nömrəli ulduzuna çevrilmiş Olqa Konstantinovna Çexova Almaniya rəhbərinin sevgilisi Yeva Braunla, təbliğat və təhsil naziri Yozef Gebbelsin həyat yoldaşı Maqda Gebbelslə, alman hərbi hava qüvvələrinin rəhbəri Gerinqin xanımı ilə rəfiqə idi.

Bütün bunlar bir yana Olqa Çüxovanı Hitlerin özü də çox sevir, ona diqqət və qayğı göstərirdi.

Adolf Hitler Olqa Çexovanı şəxsən bütün dövlət ziyafətlərinə, qeyri-rəsmi tədbirlərə dəvət edir, onunla yanaşı əyləşirdi. Bu arada bir maraqlı faktı da diqqətinizə çatdırım – SSRİ-nin xarici işlər komissarı Vyaçeslav Molotov Almaniyaya səfər edəndə Hitler birinci növbədə aktrisanı Molotova təqdim etdi. Almaniyanın “birinci qadınlarından biri” adlandırılan Olqa Çexova həm də ayrı-ayrı məmurların şəxsi problemlərinin həllində onlara yardımçı olur, ayrı-ayrəı məsələlərin həlli üçün Hitlerdən xahiş edirdi.

Yalnız İkinci Dünya Müharibəsində sonra məlum oldu ki, Qərbi Azərbaycan torpağında dünyaya gəlmiş Olqa Çexova sövet kəşfiyyatının agenti imiş. 1945-ci ilin 14 noyabrında “Der Kurer” qəzetində sensasiyalı məlumat dərc olundu. Məlum oldu ki, faşistlər nasist Almaniyasının on günlərində Olqa Çexovanın Stalinin Hilerin yanındakı agenti olmasından xəbər tutublar. Qadının sürücüsü gestapo tərəfindən həbs edilmişdi. Olqa özü isə yoxa çıxmışdı. Lakin artıq gec idi – Qırmızı Ordu Berlinə daxil olmuşdu.

“Maynçer ançayqer” qəzeti isə marşal Stalinin Olqa Çexovanı şəxsən Cəsurluğa görə” medalı ilə təltif etdiyini xəbər verirdi. Daha bir maraqlı fakt – Stalin Olqaya Hitlerə sui-qəsd etmək barədə göstəriş vermişdi. Lakin bu əməliyyat tezliklə elə Stalinin özü tərəfindən ləğv edilmişdi.

Qərb mətbuatı bir müddət əvvəl rəsmi tədbirlərdə və xarici səfərlərdə tez-tez ABŞ prezidenti Barak Obamanın da yanında gəzən qadının kəşfiyyatçı-tərcüməçi-mühafizəçi olmasına dair faktlar açıqladı. Bildirilirdi ki, həmin qadın Ağ Ev rəhbərinin görüşlərindən əvvəl xarici kəşfiyyat radioqramlarını qəbul edir və məqsədəuyğun bildikdə prezidentin rəsmi qəbul və görüşlərinə razılıq verir. Bu faktların qərb və ABŞ mediasına sızmasından az sonra “tərcüməçi” qadın yoxa çıxdı.

Anar Tağıyev

BIR CAVAB BURAXIN