Piri Rəisin əfsanəvi xəritəsi
İstanbul muzeylərinin birində 1513-ci ilin Atlantika xəritəsi saxlanılır. Ceyran dərisinin üstündə Cənubi Amerika və Afrikanın xəritəsi çəkilib. Ən maraqlısı o idi ki, bu qədim xəritədə qitələr elə dəqiq yerləşdirilib ki, elə bil onları kosmosdan çəkmişdilər. İstanbul xəritəsini türk dəniz komandanı admiral Piri ibn Hacı Muhamməd tərtib etmişdi .Tarixçilər qeyd edirlər ki,ölkəsinin dəniz qüvvəsini təsdiqlənməsində bu insanın böyük rolu olub.O öz dünya xəritəsini 1513-cü ildə çəkmişdir və 1929-cu ildə tapılmış Atlantikanın xəritəsi həmən xəritənin yalnız bir hissəsidir. Cəsarətli dəniz komandanının həyatı sərgüzəştlər ilə, yüksəliş və enmələr ilə dolu idi. 1554-cü ildə Piri Reys edam olunmuşdur. Onun başını Gözəl Süleymanın əmri ilə kəsdilər. Admiral öz xəritəsində qeyd etmişdi: “Bu əsrdə heç kimin bu xəritə kimi xəritəsi yoxdur”.
Xəritədə Antarktidanın dəqiq sahilləri qeyd olunmuşdu
Antarktida, qitə kimi 1818-ci ildə kəşf olunmuşdur. Kəşf olunmamışdan 300-il əvvəl Piri Reysin xəritəsində Antarktidanın sahilləri böyük dəqiqliklə əks edilmişdir.
Ancaq admiralın xəritəsində hələ buzla örtülməmiş Antarktidanın sahilləri qeyd olunmuşdu, bunu isə dərk etmək çox çətindir. Axı cənub qitənin sahillərinin müasir görünüşü sərhədindən xeyli qabağa çıxan qalın buz örtüyü ilə örtülüb. Elə çıxır ki, Piri Reys elə mənbələrdən istifadə edirdi ki, hansıları insanlar buzlamaqdan əvvəl yığmışdılar? Amma bu mümkün deyil.
İş bundadır ki, peşakar xəritəçi qədim xəritələri öyrənəndə və onu müasir xəritə ilə müqaisə edəndə, həmin xəritəçinin bu və ya digər xəritəni çəkəndə müasir və ya başqa metodlardan istifadə edib-etməməsini təyin edə bilər. Və nə vaxt ki, Piri Reysin xəritəsini müasir xəritə ilə müqaisə etdilər, aşkar etdilər ki, demək olar ki, bunlar eynidir. Xüsusilə, XVI əsrdə türk admiralı tərəfindən hazırlanmış xəritə ABŞ-da İkinci Dünya müharibəsi zamanı hazırlanmış xəritəsinin hərfi təkrarıdır.
Xəritədə iki Amerika qeyd olunub
Piri Reysin xəritəsi ilk xəritələrdən biridir ki, hansında Amerikanın ikisi də qeyd olunub. O, Kolumbun səyahətindən və Amerikanın “rəsmi” kəşfindən 21 il sonra tərtib edilmişdi. Və onun üzərində nəinki dəqiq sahillər, hətta çaylar və And dağları da qeyd olunub. Və bu, o zamanda baş verib ki, Kolumb Karib adalarına çatdığından sonra belə, Amerikanın coğrafi xəritəsini çəkməmişdi.
Məsələn, naməlum səbəblərə görə Piri Reys Amazonkanı iki dəfə qeyd etmişdir, Cənubi Amerikanın qərb hissəsi isə heç göstərilməyib, lakin Çilinin sahillərinin relyefi və And dağları çox böyük dəqiqlik ilə qeyd olunmuşdur. Halbuki, o vaxtlar onlar məlum deyildilər. Xəritədə həmçinin XVI əsrin axırlarında açılmış Folklend adaları da qeyd olunub. Xəritədə həmçinin lamalar (Amerika dəvələri) da təsvir olunub. Hansı ki, bu heyvan Cənubi Amreika qitəsinin heyvanlar cərgəsinə səciyyəvidir, amma avropalılar o zaman bunlar haqqında heç nə eşitməmişdilər.
Alimlərin irəli sürdüyü hipotizalardan biri budur ki, insanlar Yerin kürə formasında olmasını Magellandan çox illər qabaq bilirdilər. Zamanında insanlar elə elmə malik idilər ki, hansının köməyi ilə insanlar Piri Reysin xəritəsi kimi dəqiq xəritə qura bilirdilər. (turkustan.info)