DTK-da qadın kəşfiyyatçılar

0
1153

Dünya kəşfiyyatı tarixində qadın kəşfiyyatçıların önəmli rol oynaması heç kimə sirr deyil. SSRİ dövründə Dövlət Təhlükəsizliyi Komitəsində çoxlu sayda qadın kəşfiyyatçıları ışləyib və onlardan ən gizli məlumatların əldə edilməsində istifadə edilib. Hətta hər hansı sirri əldə etmək üçün qadın kəşfiyyatçılara yüksək rütbəli  məmurlarla intim əlaqəyə girməyə,  müəyyən dövr üçün onların məşuqələri rolunu oynamağa belə icazə verilib. Bu məqsədlə SSRİ kəşfiyyatında işə zahirən həm qəşəng,  həm də bu sahədə xüsusi bacarıq qabiliyyəti olan qadınları götürürdülər. Bu məsələdə ən çox rus, belarus, ukraynalı qadınlara üstünlük verilsə də onların arasında digər millətlərdən olan qadınlar da az olmayıb. Təbii ki, kəşfiyyatda işə götürülən qadınların xarici dillərdən birini bilməsi də əsas şərtlərdən biri hesab edilirdi. SSRİ-nin məşhur qadın kəşfiyyatçıları arasında Zoya Voskrenskaya da vardı. Əsl adı və soyadı Zoya Rıbkina olan bu mahir kəşfiyyatçı 25 il ərzində xaricdə fəaliyət göstərmiş və Moskvaya olduqca önəmli sirlər göndərmişdi. Zoya “İrina” təxəllüsü altında 2 il Çinin Harbin şəhərində, sonra baronessa kimi Riqada, Almaniyada, Avstriyada SSRİ-nin xeyrinə casusluqla məşğul olmuşdu. Geriyə qayıdandan sonra isə SSRİ DTK-da xarici kəşfiyyat üzrü analitik vəzifəsinda çalışmış, xaricə göndərilən onlarla qadın kəşfiyyatçının hazırlanmasında fəal iştirak etmişdi. Zoya həmçinin Lenin haqqında uşaqlar üçün maraqlı hekayələr yazması ilə də məşhurdur. SSRİ DTK-da həmçinin qadınlar yüksək vəzifələr tutublar. Onlardan biri də DTK polkovniki Qalina Smirnova olub. Qalina Smirnova ötən əsrin 80-ci illərində DTK-nın  xüsusi şöbələrindən birinə rəhbərlik edib və kəşfiyyat sahəsində əldə etdiyi uğurlara görə dəfələrlə orden və medallarla təltif edilib. Günümüzdə də Rusiya kəşfiyyatında onlarla kəşfiyyatçı qadın çalışır. Yaxın Şərqdə, o cümlədən ərəb ölkələrində, Türkiyədə və Avropa ölkələrində şoxsaylı qadın rus kəşfiyyatçılarının fəaliyyət göstərməsi barədə ara-sıra  mətbuatda məlumatlar gedir.

Əziz Mustafa

BIR CAVAB BURAXIN