“DQR” “bayrağını” cıran idmançılarımıza ermənilər aeroportda hücüm ediblər

0
660

Ukraynada yaşayan ermənilər Borispol hava limanında azərbaycanlı idmançılara hücum ediblər. Kunq fu üzrə 4 qat dünya və 5 qat Azərbaycan çempionu Ellər Orucov ANS PRESS-ə deyib ki, onlar Qondarma Dağlıq Qarabağın “bayrağ”ını cıran Şənlik Talıbovu, Ellər Orucovu və Xasay Əsədovu vurmaq istəyiblər.

“Bizimkilər qondarma DQR “bayrağını” cıraraq ayaq altına atıb”

“Ermənilərin tək hədəfi “bayrağ”ı cıranları bıçaqla vurmaq olub”.

İdmançımızın sözlərinə görə, onlar əllərində bıçaqla Kunq fu və Uşu yığmasının idmançılarına hücum ediblər. Ermənilərin tək hədəfi “bayrağ”ı cıranları bıçaqla vurmaq olub. “Onlar sayca 40-50 nəfər idi. Polis əməkdaşları davanı sakitləşdirə bilmirdi. Hava limanında olan azərbaycanlırın köməyi ilə bizi aralaşdırdılar”, – deyə Ellər Orucov baş verən hadisə haqqında fikirlərini yekunlaşdırıb. Hadisə zamanı heç bir idmançımız xəsarət almayıb. Bu gün isə Kunq fu və Uşu yığması tam heyətlə Azərbaycana gəlib.

Yığma komandamızın idmançıları

Yığma komandamızın idmançıları

Azərbaycanlı və erməni idmançılar arasında dava düşdü

Mayın 14-də Lvov şəhərində keçirilən Kunq fu və Uşu üzrə Avropa çempionatında ermənilər təxribata əl atıb. Çempionatda baş verən qalmaqala səbəb separatçı rejimin bayrağının arenaya gətirilməsi və uduzduğunu görən erməni idmançının rinqdən kənarda dayanan nümayəndə heyətinin üzvünə hücumu olub.

Bundan sonra iki ölkəni təmsil edənlərlə yanaşı, çox sayda insan da davaya qoşulub. Yuxarıda adıçəkilən idmançılarımz ermənilərin əlindən qondarma rejimin “bayrağ”ını əllərindən alaraq cırıb ayaq altına atıblar. Dava isə emənilərin hamısının yarış keçirilən stadiondan qaçması ilə başa çatıb. Yarışmanın təşkilatçıları Azərbaycan və Ermənistan yığmasını Avropa çempionatından kənarlaşdırıb.

BIR CAVAB BURAXIN