Dövlət başçımız daim bildirirdi ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq

0
1936

Dövlət başçımız daim bildirirdi ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq


 İki il əvvəlin 27 sentyabr günü Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan ordusu şanlı qələbəyə aparan yolun təməlini qoydu.2020 il biz ölkə başçımızın xalqa müraciətlərində yalnız qələbə xəbəri eşidir, işğaldan azad olunan ərazilərin adlarını böyük səbirsizliklə gözləyirdik. Lakin bu dəfə ölkə başçımızın xalqa müraciəti fərqli oldu. Bu müraciətdə şəhidlərimizin əziz xatirəsi yad edildi, onların haqq-ədalət savaşında göstərmiş olduqları şücaətin bənzərsizliyi vurğulandı. Bəli, Azərbaycan torpaqlarının işğaldan azad olunmasını, ərazi bütövlüyümüzü şəhidlərimizə, qazilərimizə və əldə silah vətən keşiyində dayanan savaşçılarımıza borcluyuq. Tarixə nəzər saldıqda görərik ki, mənfur düşmən elə düşünürmüş ki, Azərbaycana qarşı 27 sentyabr təxribatı cavabsız qalacaq. Amma bu səbr kasasının son damlası oldu. Rəşadətli Azərbaycan Ordusunun gücü qarşısında düşmən tab gətirə bilmədi. Ermənistan deyilən ölkə dünyada rəzalət durumuna düşdü. Belə ki, onlar mövqelərini atıb qaçır, fərar edirdilər.Beləliklə, Müzəffər Ali Baş Komandanımızın dərindən düşünülmüş döyüş startegiyası nəinki Ermənistanı bütövlükdə erməni faşizmini iflasa uğratdı. Ən müasir silahlar və texnologiyalar, mükəmməl bilik və bacarıq, hərbi taktika, yüksək mənəvi-psixoloji durum, inamla aparılan mübarizə ilə Azərbaycan dünya hərb tarixinə silinməyəcək yeni səhifə yazdı. Vətən müharibəsinin başlanması tarixi zəfərə gedən yolumuzun başlanğıcı oldu. Ölkə başçımızın səsləndirdiyi “Qarabağ Azərbaycandır və nida” ifadəsi mübarizəmizin şüarına çevrildi. 30 ilə yaxın müddətdə beynəlxalq təşkilatların aça bilmədiyi Qarabağ düyünü Azərbaycan Ordusunun gücü ilə açıldı.Ölkə başçımız müraciətində bir daha təkrarən xatırlatdı ki, onun daha əvvəl beynəlxalq kürsülərdə, böyük auditoriyalar qarşısında etdiyi çıxışlarda səsləndirdiyi reallıq öz təsdiqini tapdı. Belə ki, dövlət başçımız daim bildirirdi ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq və belə də oldu. Ötən illərə baxsaq görərik ki, müharibədən öncə Ermənistanda cəmiyyət arasında dırnaq arası “güclü Ermənistan” ordusu mifi yaradılmış və “Böyük Ermənistan” xülyası dillər əzbəri olmuşdu. Bu ideologiya onları kor etmiş, reallığı görmələrini əngəlləmişdir. Cənab Prezidentimiz Ermənistan siyasi rəhbərlərinə, cəmiyyətinə dəfələrlə xəbərdarlıq etmiş, sülh yolu ilə münaqişəyə son qoyulmasına dəvət etmişdir. Ancaq təəssüf ki, “yenilməz” Ordusuna çox güvənən ölkə daim bu təklifləri qulaq ardına vurmuşdur. 27 sentyabrdan öncə baş vermiş iyul hadisələrini , avqustda diversiya qrupunun Azərbaycana gəlməsini hamımız yaxşı xatırlayırıq. Həmçinin 27 sentyabrda yenidən Azərbaycan torpaqlarına hücum etməsi bir daha onu göstərdi ki, Ermənistan bu təxribatlara davam etmək istəyir və son vaxtlar bu daha da intensiv hala çevrilmişdi. 2020-ci ilin sentyabrın 27-sində Ermənistan Silahlı Qüvvələrinin cəbhəboyu ərazilərdə genişmiqyaslı təxribatlar törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan dəmir yumruq adlandırılan əks hücum əməliyyatına başladı və nəticə hər kəsə məlumdur: Azərbaycan tərəfindən tarixə yazılacaq möhtəşəm qələbə.
Onu da qeyd etmək istərdim ki ,Azərbaycan sülh danışıqları bir nəticə verməzsə güc tətbiq edib öz torpaqlarını azad edəcəyini heç vaxt gizlətmirdi. Bu haqda Ümumilli liderimiz Heydər Əliyev də, Prezidentimiz İlham Əliyev də prezidentliyinin ilk günlərindən ən ali tribunalardan tutmuş xalqla görüşlərədək hər zaman söyləmişdir. Ötən illər ərzində Azərbaycan Ordusunun Ermənistanın cəbhəboyu ərazilərdə törətdiyi təxribatların qarşısını alması, 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Naxçıvan əməliyyatı ermənilərə dərs olmalı idi amma onlar heç nədən dərs almır, hətta daha da azğınlaşaraq öz əməllərinə davam edirdilər. Ancaq sonda Azərbaycan öz sözünü dedi, dəmir yumruqla onların belini qırdı, azad edilmiş ərazilərdə üçrəngli Azərbaycan bayrağını dalğalandırıldı və Ermənistan tərəfi “yenilməz ordu”larının qalıntıları ilə kifayətlənməli oldu.Xatırlatmaq istərdim ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə keçirilmiş hərbi paradda ölkə başçımız belə bir fikir səsləndirmişdi: “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək”. Belə də oldu. Zəfər Paradında o bayraqlar dalğalandırıldı. Həmin anlar hər bir azərbaycanlının qəlbi qürurla, fərəhlə doldu daşdı. Beləliklə, hərbi paradlarda nümayiş etdirdiyimiz Azərbaycan Ordusunun gücü, qüvvəsi dəmir yumruğa çevrilib, düşmən ordusunu əzdi. Biz yekun olaraq bu müharibədə öz qələbəmizi təmin etdik. Əldə etdiyimiz qələbə Cənubi Qafqazda gedən prosesləri təhlil edən, araşdıran ekspertləri, bu müharibənin nəticələrini təhlil edənləri, ümumiyyətlə dünya ictimaiyyətini təəccübləndirdi. Azərbaycanın son müharibədə nümayiş etdirdiyi güc hamı üçün təmamilə gözlənilməz oldu. Və bununlada Azərbaycan öz ədalətli qələbəsin əldə etdi.

Yaşasın Azərbaycan! Yaşasın Azərbaycanın ədalətli qələbəsi! Yaşasın Ali Baş Komandan İlham Əliyev!

 

Məlikumudlu kənd tam orta məktəbinin müəllimi-Nurlan Şixəliyev.

BIR CAVAB BURAXIN