Dövlət başçılarının ailələrində SEKS OYUNLARI: mühafizəçi ilə aldadan, evli kişilərlə…

0
748

Dövlət başçılarının ailələrində SEKS OYUNLARI: mühafizəçi ilə aldadan, evli kişilərlə...

Ta qədimdən hökmdar ailələri üçün belə bir qanun var: kral ailəsinin üzvü yalnız yüksək təbəqədən olan, titullu şəxslərlə ailə qura bilər. Dünya imperiyaları arasında bircə Osmanlıda bu qanun keçərli deyildi. Osmanlı sultanları nadir hallarda evlənər, kənizləri ilə münasibətlərindən doğulan övladları taxta çıxarardılar. Eləcə də sultanın bacıları və qızları bir vaxtlar kölə olmuş, sonralar işi ilə hökmdarın rəğbətini qazanmış biri ilə evlənə bilərdi.

Amma dünya kəniz ilə xanımın yerini yaxşı bilir. Başqa sözlə, rəiyyətə hörmət olar, sevgi yox. Təbii ki, istisnalar həmişə olub və davam etməkdədir.

Publika.az nüfuzlu nəsildən olmadan kral ailəsinə düşmüş insanları diqqətinizə çatdırır:

2003-cü ildə İspaniyanın şahzadəsi Filippin evlənəcəyi xəbəri KİV-lərin gündəminə düşdü. Onun evlənməyə hazırlaşdığı qadın da elə medianın yaxşı tanıdığı biri idi. Letisiya Ortis Roksalano adlı teleaparıcı xəbər spikeri idi. Aparıcı şahzadə ilə sarayda reportaj edərkən yaxından tanış olmuşdu. Qısa müddətdən sonra Filipp öz seçimini saray əhlinə bildirəndə mühafizəkarlar bunu dəstəkləməmişdi. Çünki qadın həm aşağı təbəqədən idi, həm də ərindən boşanmışdı. Amma şahzadə heç kimə baxmadan sevgisinin arxasınca getdi və tezliklə hakimiyyətin başına keçib teleaparıcını kraliça etdi.

Ümumiyyətlə, XX əsrin əvvəlinə qədər əgər kral ailəsinin üzvü həyat yoldaşını xalq arasından seçərkən böyük qalmaqala səbəb olurdısa, sonralar bu, adi hal aldı. İsveç şahzadəsi Karl Qustav Münxendə keçirilən olimpiadada gələcək arvadı ilə tanış olub. Qız Münxendə ofisiant işləyirmiş. Hazırda İsveçin kraliçası Silvia adı ilə dünyaya məşhurdur. Onların qızı Viktoriya 2001-ci ildə fitnes-mərkəzin sahibinə ərə gedib. Oğlu Karl Filipp isə 2015-ci ildə model Sofiya Xelkvistlə nişanlanıb.

Danimarka şahzadəsi İoahim marketinq üzrə mütəxəssislə evlidir. Onu bu qadınla dostu tanış edibmiş. Norveçin şahzadəsinin bəxtinə isə tənha ana düşüb.

Ağ atlı şahzadə nağılını gerçəkləşdirən qadınların günümüzün müasirliyi, sərbəstliyi, sevgi azadlığı üstünlüyündən yararlandığını düşünənlər varsa, o zaman tarixə də nəzər salaq.

Image result for Qreys Kelli

1955-ci ildə Monako kralı III Renye Hollivud aktrisası Qreys Kelli ilə evlənib. Dünyanın ən kiçik krallığının kraliçasının aktrisa olması o vaxt çoxlarını təəccübləndirmişdi. Elə cütlüyün qızı Stefaniya da atasının yolu ilə getdi. Əvvəlcə anasının aktyor dostlarınını oğulları ilə əyləndi, sonra isə öz mühafizəçisinə ərə getdi. İzdivac uğurlu olmadı. Çünki onun mühafizəçi əri “Çılpaq sinə gözəli” titulunu almış Belçika modeli ilə xəyanət edərkən yaxalandı. Stefaniya boşandıqdan sonra ikinci dəfə də öz mühafizəçilərindən birinə ərə gedib. Amma bu nikah da uğursuz alınıb. Daha sonra şahzadə xanım 2001-ci ildə fil təlimçisi (həm də evli) ilə eşq macərası yaşadıqdan sonra Adans Peres adlı sirk akrobatına qoşulub qaçıb. Cavan əri ilə birlikdə ölkə-ölkə gəzib sirk göstərməyə üstünlük verib. Ancaq sirk göstərmək də uzun çəkmədi. 2004-cü ildə boşanan şahzadə nəhayət aid olduğu saraya qayıtdı.

1936-cı ildə Böyük Britaniyanın kralı VIII Eduard radio vasitəsilə taxt-tacdan əl çəkdiyini bəyan etdi. Bunun səbəbini isə sevdiyi qadınla əlaqələndirdi. Və onun yerinə hazırkı kraliça Elizabetin atası Albert çıxdı. Kralın taxt-tacdan əl çəkməsinə səbəb isə Uollis Simpson adlı amerikalı, iki dəfə boşanmış qadın idi. Britaniya qanunları daha sərt olduğu üçün ingilis zadəganı olmayan bu qadını saray qəbul etmədi. Xoşbəxtlikdən, qurban boşa getmədi və bir ömür boyu bu nikah davam etdi.

Amma müasir Britaniya bu dəfə güzəştə getməli olub. Elizabetin nəvəsi – şahzadə Uilyam da sadə qadınla evlidir. Keyt Midlton adi ailədən çıxıb: anası stüardessa, atası isə aviadispetçerdir.

Sevgi uğruna qaydaları çeynəyənlər şərqdə də az deyil. 1957-ci ildə yapon iş adamının qızı Mitiko Sedo ən arzulanan qızlardan biri idi. Hətta tanınmış yazıçı Yukio Misima da ona aşiq idi. Amma kimin ağlına gələrdi ki, bu qız imperatriça olacaq. Mitiko imperator vəliəhdi ilə tennis kortunda tanış olub. Amma şahzadənin seçimi imperatorun xoşuna gəlməyib, çünki Mitiko həm də xristian idi. Şahzadəyə 800 zadəgan qızının adı olan siyahı verirlər, amma o, heç gözünün ucu ilə də baxmır.

Qəribədir ki, onun seçdiyi Mitiko da şahzadəyə üç dəfə yox cavabı verib. Çünki o, qeyri-bərabər nikahın uğursuz olacağından qorxurdu. Amma nəhayət toy baş tutur. Onların sevgisi Yaponiyanın müasir nağılı hesab olunur. Bircə rədd cavabı almış yazıçı Misima bu izdivacla razılaşa bilmirdi. O qeyd edirdi ki, bu nikahla imperator ailəsi öz ləyaqətini itirdi.

Qeyd edək ki, Mitikonun nəvəsi – şahzadə Mako da öz qrup yoldaşına ərə gedib.

Şəfiqə ŞƏFA

BIR CAVAB BURAXIN