Donald hakimiyyəti Fetullah Gülen-i Türkiyəyə verə bilərmi?

0
867

11

ABŞ-ın yeni prezidenti Donald Trampın Milli Təhlükəsizlik müşaviri vəzifəsində gördüyü Michael Flynn hesab edir ki, Türkiyə ilə münasibətləri inkişaf etdirmək üçün Fətullah Güləni Ankaraya ekstradasiya etmək lazımdır.

Müdafiə Kəşfiyyat Agentliyinin keçmiş direktoru, istefada olan leytenant general Michael Flynn “The Hill” qəzetində yazıb ki, ABŞ Fətullah Gülen kimi radikal islamçıya sığınacaq veməməlidir. O yazır ki, Türkiyə üçün “Vaşinqton Türkiyənin Osama Bin Ladeninə sığınacaq verir:

“Biz onu təhlükəsiz sığınacaqla təmin etməmıliyik”, Michael Flynn məqaləsində qeyd edir.

Flynn yazır ki, “ABŞ maraqları üçün Türkiyənin həyati rolunu anlamağa başlamalıyıq. İraqda və Suriyada İslam Dövləti təşkilatına qarşı mübarizədəTürkiyə həqiqətən ABŞ-ın ən güclü müttəfiqidir. Türkiyə regionda da sabitlik mənbəyidir”

Türkiyənin prezidenti Recept Tayyip Erdogan Trump-ın qələbəsini Vaşinqtonla Ankara arasındakı münasibətlərdə “yeni era”nın başlanması kimi qiymətləndirib.

Obama adminstrasiyası Ankaranın Fetullah Gülen-in ekstradasiyası istəyini rədd edib, bunun üçün kifayət qədər sübutun olmadığını bildirib.

Fetullah Gülen bu ilin iyulun 15-də Türkiyədə baş tutmayan dövlət çevrilişində əli olmaqda günahlandırılır. Türkiyə hökuməti bu olayla bağlı minlərlə adamı həbs edib, işdən çıxardıb.

“Əgər qanun rol oynayacaqsa…”

Uzun illərdir ki, ABŞ-da yaşayan Gülen bu ittihamları qəbul etmir.

Onun vəkili Jason Weinstein Flynn-in Gülen-lə bağlı dediklərini “pis hadisə”adlandırıb, ancaq bildirib ki, müştərisinin ekstradasiyası üçün ABŞ daha tutarlı sübutlar əldə etməlidir:

“Biz ümid edirik və gözləyirik ki, burda qanun rol oynayacaq, siyasi baxışlar yox. Əgər qanun rol oynayacaqsa, biz əminik ki, cənab Gülen onu işgəncə, saxta məhkəmə, edam gözləyən Türkiyəyə verilməyəcək”, Jason Weinstein bildirib.

BIR CAVAB BURAXIN