Doktor Ceyranovun əməlləri açıqlandı: Azərbaycandan cərrah aparıb, 2 nəfər ölüb…

0
685
 

Gürcüstan prokurorluğu Tbilisidə fəaliyyət göstərən “Lanset” klinikasının direktoru, qalmaqallı doktor Fərman Ceyranovn həbsi ilə bağlı rəsmi açıqlama yayıb. Virtualaz.org xəbər verir ki, prokurorluq Ceyranovun orqan transplantasiyası ilə bağlı maxinasiyalara görə həbs olunduğunu açıqlayıb. Hansı ki, bu maxinasiyaların nəticəsində iki nəfər ölüb.

Açıqlamada deyilir ki, klinikanın direktoru 2016-cı ilin əvvəllərində Azərbaycandan xirurq-transplantoloq dəvət edib, hansı ki, onun heç bir tibb sahəsi üzrə Gürcüstan sertifikatı olmayıb. Bundan sonra təqsirləndrilən şəxs pasiyentləri klinikaya cəlb etmək üçün sosial şəbəkələrdə və telekanallarda belə məlumat yayıb ki, guya klinikaya transplantologiya üzrə Türkiyədən həkim-mütəxəssis dəvət olunub, həmin mütəxəssis klinikada qara ciyər problemlərindən əziyyət çəkənlər üçün pulsuz müayinələr təşkil edir.

2016-cı ilin fevralında iki Gürcüstan vətəndaşı klinikaya müraciət edib. Klinikada pasiyentlərə bildiriblər ki, onların qara ciyər transplantasiyasına ehtiyacı var, ölkədə isə Türkiyədən olan mütəxəssis-transplantoloqlardan ibarət qrup fəaliyyət göstərir, guya həmin qrup dəfələrlə uğurlu qara ciyər nəqli həyata keçirib.

Pasiyentlərdən biri klinikanın direktoruna 99 min lari (41 min dollar) ödəyib, ikincisi isə borc müqaviləsi bağlayıb və müqaviləyə görə 2016-cı il aprelin 10-na qədər klinikaya 40 min dollar ödəməli idi.

“Əməliyyatların keçirilməsinə qədər “Lanseti” MMC-nin direktoru F.C. pasiyentlərə, donorlara və onların ailə üzvlərinə qara ciyər nəqli ilə bağlı risklər haqda məlumat verməyə borclu idi. Habelə əməliyyat barədə transplantologiya Şurasını məlumatlandırmalı, qara ciyər nəqli üçün icazə almalıydı. Lakin o, bunları etməyib”-Gürcüstan Baş prokurorluğu bildirir.

Qara ciyər nəqli üçün birinci əməliyyat klinikada 2016-cı il martın 3-də, ikincisi martın 8-də keçirilib. Hər iki pasiyent əməliyyatdan bir həftə sonra ölüb. Faktla bağlı iri məbləğdə dələduzluq, insanların sağlamlığı üçün risk yaradan saxtalaşdırma, məlumatların gizlədilməsi maddələri ilə iş qaldırılıb. Bu maddələr üzrə 6 ildən 9 ilə qədər həbs nəzərdə tutulur. İstintaq cinayətin digər iştirakçılarının aşkaa çıxarılması üçün işləyir.

Fərman Ceyranovun qara ciyər nəqli üçün Azərbaycandan dəvət etdiyi və türk kimi qələmə verdiyi həkimin kimliyi göstərilmir.

Xatırladaq ki, Fərman Ceyranovun barəsində bir neçə il əvvəl Azərbaycanda da korrupsiya və mənimsəmə ittihamları ilə cinayət işi qaldırılmışdı.Virtualaz.org

BIR CAVAB BURAXIN