Qurban Berdıyevin yenidən “Rostov” komandasında vəzifəyə irəli çəkilməsinə və komandanın vitse-prezidenti təyin edilməsinə ilk reaksiya məşqçi Dmitri Kiriçenkodan gəlib. Bununla bağlı Rusiyanın “Sportbox.ru” saytının yazdığına görə Kiriçenko Berdıyevin qeyri-rəsmi şəkildə komandanı idarə etdiyini bildirib. Onun sözlənə görə, bir məşqçi kimi Berdıyevin göstərişlərini və tapşırıqlarını yerinə yetirir. Dmitri Kiriçenko: “Berdıyev faktiki olaraq “Rostov”un baş məşqçisi olaraq qalmaqda davam edir. Mən isə onun köməkçisi funksiyasında çalışıram. Bu reallıqadır və onu etiraf etməliyəm. Berdıyev yaxşı baş məşqçidir və bunu söyləməmək mümkün deyil. Əlbəttə, o komandanı tərk etməməli idi və bu işdə tələsikliyə yol verdi. Bir də ona “Spartak” komandasını çalışdırmaq üçün çox təzyiqlər edildi. Ancaq “Spartak”ın rəhbərləri son anda qəbuledilməz şərtlər irəli sürdülər və nəticədə Berdıevlə anlaşa bilmədilər. Berdıyev yenidən komandamıza qayıtdı və biz bundan məmnunuq. “Rostov”un Berdıyevlə yeni uğurlar qazana biləcəyinə isə qoy heç kim şübhə etməsin”, – deyib.
Hazırladı: Əziz Mustafa