DEPUTATIN KÜRƏKƏNİNİN ƏMLAKINA HƏBS QOYULDU – “Paşa Bank”la qalmaqal

0
581

Deputat, Azərbaycan Kooperasiya Universitetinin rektoru Eldar Quliyevin kürəkəni, iş adamı, “Kapitol” şirkətinin rəhbəri Abbas Səfərovun əmlakına həbs qoyulub.
AzNews.az xəbər verir ki, həbs qərarını Nəsimi Rayon Məhkəməsi “Paşa Bank”ın iddiası əsasında verib. Məlum olub ki, A.Səfərov bankdan külli miqdarda kredit götürüb, lakin borcunu geri qaytarmayıb. Buna görə də bank rəhbərliyi iş adamını məhkəməyə verərək əmlakına həbs qoyulmasını xahiş edib. Məhkəmə də iddiaçının şikayətini haqlı sayaraq, onun lehinə qərar qəbul edib.
Məlumata görə, A.Səfərov birinci instansiya məhkəməsinin qərarından appelliyasiya şikayəti verib.
Qeyd edək ki, A. Səfərov dələduzluq əməllərinə görə bir neçə dəfə mətbuatın gündəminə gəlib.
Bir neçə ay əvvəl o, bir məcburi köçkün ailəni aldadaraq, evlərini ələ keçirməsi və 10 ildən artıq müddətə onlara sürgün həyatı yaşatması barədə məlumatlarla manşetləri bəzəmişdi.

BIR CAVAB BURAXIN