DÇ-2018: İspaniya və İtaliyadan səfər qələbəsi, Türkiyədən məğlubiyyət

0
633

Oktyabrın 9-da DÇ-2018-in Avropa zonası üzrə seçmə mərhələsində üçüncü turun oyunları keçirilib.

Bunların 4-də meydan sahibləri, 4-də qonaqlar qalib gəlib, 1 oyun heç-heçə ilə nəticələnib.

Belə ki, G qrupunda mübarizə aparan İtaliya və İspaniya milliləri səfərdən 3 xalla qayıdıblar. “Skuadra Adzurra” Skopyedə Makedoniyadan üstün olub, – 3:2, “La Roja” isə Tiranada Albaniya yığmasını 2:0 hesabı ilə məğlub edib. Qardaş Türkiyə millisi İslandiya səfərindən əliboş qayıdıb, – 0:2.

Günün digər qarşılaşmalarında aşağıdakı nəticələr qeydə alınıb:

Uels – Gürcüstan – 1:1

Serbiya – Avstriya – 3:2

Moldova – İrlandiya – 1:3

İsrail – Lixtenşteyn – 2:1

Ukrayna – Kosovo – 3:0

Finlandiya – Xorvatiya – 0:1.

BIR CAVAB BURAXIN