“Dahi” prezident fahişəyə susması üçün 130 min ödədi – “Wall Street Journal”

0
800
ABŞ prezidenti Donald Trampın vəkili Maykl Koen 2016-cı ildə  onun gələcək ABŞ prezidenti ilə görüşü barədə səssiz qalması üçün porno ulduza, yəni əxlaqsız bir küçə qadınına 130 min dollar ödəyib. 
İsrail mediasına istinadla xəbər verir ki, bu haqda 12 yanvar – cümə günü məşhur gündəlik “The Wall Street Journal” qəzeti yazıb. Fahişəyə külli miqdarda pul ödənişi Trampun zəfəri ilə nəticələnmiş prezident seçkilərindən cəmi bir ay öncə baş tutub.
Nəşrin məlumatına görə, söhbət “böyüklər üçün”, yəni ifrat əxlaqsız filmlərin aktrisası 38 yaşlı Stefani Klifforddan gedir.  “Azğın Daniels” ləqəbli  pornoulduz Klifford  Tramla görüşünün 2006-cı ildə  baş tutduğunu  iddia edir.
Nəşr qeyd edir ki,  məşhur fahişə Stefani Klifford 2009-cu ildə Luiziana ştatının senatorluğuna namizədliyini irəli sürüb. Lakin  onun təbliğat kampaniyası  sonadək baş tutmayıb. 2 aydan sonra Stefani ərini döyüb və məişət zorakılığına görə həbs olunub.
P.S. Xatırladaq ki, bu cür kələk-külək və əxlaqsızlıqla  hakimiyyətə gəlmiş D.Tramp az öncə “Tvitter”də özünü “dahi” və “ağıllı” adlandırıb…moderator.az

BIR CAVAB BURAXIN