Ev Gündəm “Daha ürəyimi sevgiyə bağlamışam”

“Daha ürəyimi sevgiyə bağlamışam”

0
644

 

"Daha ürəyimi sevgiyə bağlamışam"
Çakıl adlı itinin ölümündən sonra depressiyaya düşdüyünü bildirən müğənni-aparıcı Hülya Avşar bu hadisədən sonra ilk dəfə gecələrdə görüntülənib.

Arazinfo Axşam.az-a istinadən xəbər verir ki, çəkildiyi “Selfie” filminin prodüseri Necati Akpınarla oteldə görüşüb şam edən sənətçi jurnalistlərin suallarını cavablandırıb. Avşar 2018-ci ildə şəxsi həyatında kiminsə olub-olmayacağı ilə bağlı suala “Ürəyimi eşqə bağladım. Belə çox xoşbəxtəm. Kim bundan sonra başqasının nazını çəkər ki?” deyib.

Qeyd edək ki, daha əvvəl idman şərhçisi Qaya Çilingiroğlu ilə ailəli olan Hülya boşandıqdan sonra Sadettin Saran adlı iş adamı ilə 5 il sevgili olub. Müğənninin həyatında 5 ildir ki, kimsə yoxdur.

BIR CAVAB BURAXIN