Daha bir milyarder də boşanma zibilinə düşüb

0
876
 

Rusiyalı oliqarx-milyarder, nikel kralı Vladimir Potaninin keçmiş arvadı ona qarşı rekord məbləğdə – 15 milyard dollarlıq təzminat iddiası qaldırıb. Natalya Potanina “Pharanco”, “Bektanco”, “Decoso” və “Lovenco” offşor şirkətlərinin səhmlərini, habelə bir sıra digər aktivləri onunla keçmiş ərinin birgə mülkiyyəti kimi tanımağı, nəticədə yarı bölməyi tələb edir. İddianın ümumi məbləği 898 milyard rubla, yaxud 15 milyard dollara yaxındır. Təzminat iddiasının bir nüsxəsini “Forbes”in redaksiyası əldə edib.

Potaninanın nümayəndəsi bildirib ki, bu iddianın qaldırılmasının səbəbi məhkəmənin Vladimir Potaninin “Nornikel” şirkətinin səhmlərini bölüşdürməkdən imtina etməsidir. Məhkəmə qərarında deyilir ki, səhmlər birbaşa biznesmenə məxsus deyil. Lakin hamıya məlumdur ki, dünyanın ən iri nikel istehsalçısı olan şirkətin səhmlərinin benefisiarı məhz Potanindir.

Vladimir və Natlya Potaninlər 1983-cü ildə evlniblər. 30 il sonra biznesmen boşanma iddiası qaldırıb, iddia 2014-cü ilin əvvəllərində təmin olunub. 2015-ci ildə isə Moskva məhkəməsi əmlakın bölgüsünə dair qərar çıxarıb, milyarderin keçmiş arvadına Moskva ətrafında üç torpaq sahəsi, habelə paytaxtın mərkəzindəki mənzildəki paya görə kompensasiya verilməsini qərarlaşdırıb. Lakin Natlya Potanina bununla qane olmayıb, “Nornikel”in və keçmiş ərinə məxsus “İnterros” şirkətinin səhmlərinin yarısının ona verilməsini tələb edib. Məhkəmə iddianı təmin etməyib. Milyarderin keçmiş arvadı apellyasiya verib və iş yenidən Moskva şəhər məhkəməsinə qaytarılıb.

Xatırladaq ki, bu günlərdə London məhkəməsinin azərbaycanlı milyarder Fərhad Əhmədova qarşı onun 2000-ci ildə boşandığı keçmiş arvadı Tatyana Əhmədovanın iddiası əsasında 600 milyon dollar təzminatın ödənilməsinə dair qərar çıxarmışdı.Virtualaz.org

BIR CAVAB BURAXIN