Daha bir erməni əsgər məhv edildi

0
667

Bu gün saat 13:00 radələrində daha bir erməni hərbçi güllə yarasından ölüb.

Axar.az Nyus.am-a istinadla xəbər verir ki, Ermənistanın Qarabağa yerləşdirdiyi qanunsuz hərbi birləşmələrinin əsgəri, 1997-ci il təvəllüdlü Artak Edikoviç Rafaelyan döyüş mövqeyində aldığı güllə yarasından keçinib.

A.Rafaelyan Ermənistanda, Razdan şəhərində doğulub. Hərbi xidmətə çağırıldıqdan sonra qanunsuz olaraq Azərbaycanın işğal edilmiş ərazisinə göndərilib.

 

BIR CAVAB BURAXIN